Icma.az
close
up
RU
Qripdən qorunmaq üçün bu qidaları yeyin SİYAHI

Qripdən qorunmaq üçün bu qidaları yeyin SİYAHI

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qripdən qorunmaq üçün bir çoxumuzun ağlına ilk olaraq portağal, naringi, kivi, kök çox yemək gəlir.

Ancaq mütəxəssislər suyun da ən az bu meyvə-tərəvəzlər qədər təsirli olduğunu söyləyir.

Ailem.az türkiyəli məşhur dietoloq Canan Aksoy yüksək qızdırma, soyuq tər, titrəmə, yorğunluq hissi, sümük ağrıları, ishal, qusma ilə özünü göstərən xəstəliklə mübarizədə suyun əhəmiyyətinə diqqət çəkib: "İmmunitet sisteminiz güclü olsa da, kifayət qədər su içmirsinizsə, mikrobları və virusları bədəninizdən ata bilməzsiniz. Yetərli su içib-içmədiyinizi gündə neçə dəfə sidiyə çıxdığınızı yoxlayaraq bilərsiniz. Gündə 6-7 dəfə sidiyə gedirsinizsə və açıq rənglidirsə, deməli, içdiyiniz su kifayət miqdardadır".

Soyuq havalarda susamağı gözləmədən su içmək lazım olduğunu xatırladan C. Aksoy deyir ki, bəzi bitki çayları da su yerinə içilə bilər. Ancaq çay, qəhvə və qazlı içkilər suyun yerini tutmur, əksinə, bədənin su ehtiyacını artırır.

Dietoloq qripdən qorunmaq üçün yeyilməsi lazım olan qidalardan da söz açıb: "İmmunitet sistemimiz üzərində faydalı təsiri olan vitamin və mineral tərkibli qidalar yeyin. Dəmir, sink, B6, B12 vitamini, maqnezium qəbulunun mütəmadi və kifayət olması güclü bir immunitet sistemi üçün çox əhəmiyyətlidir. Səhərlər bir yumurta yeməyə çalışın. Yumurtanın dəmirindən maksimum faydalana bilmək üçün çox uzun müddət bişirilməməsi və yanında C vitaminli meyvə və ya tərəvəzlə yeyilməsi faydalı olar. Bol protein qaynaqları olan ət, toyuq və balığa süfrələrinizdə yer ayırın. Gündə 5-7 porsiya meyvə-tərəvəz yeyin. İki dəfə salat, bir naharda tərəvəz və iki dəfə də yumruğunuz böyüklükdə bir meyvə yeməniz kifayət olacaq. Salatlarınızda mütləq bir neçə rəng tərəvəz olsun. Kök, qırmızı kələm, çuğundur, turp və sair ilə dadlı və sağlıqlı salatlar hazırlaya bilərsiniz. Meyvələrinizi çeşidləndirin. Portağal, nar, kivi, alma, ananas, manqo, armud və heyva yeməyin tam zamanıdır. Rənglər artdıqca, aldığınız vitamin və antioksidant müxtəlifliyi də artacaq".

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:254
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri