Icma.az
close
up
RU
Qripp yoxsa soyuqdəymə? Bunları necə ayırmaq olar?

Qripp yoxsa soyuqdəymə? Bunları necə ayırmaq olar?

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Qripin və soyuqdəymənin simptomları oxşardır - öskürək, halsızlıq, burun tutulması, boğaz ağrısı və s.

Bu vəziyyətdə necə anlamaq olar - bu qripp yoxsa soyuqdəymədir? Bu çox vacibdir. Soyuqdəymə daha asan keçir və insan daha tez sağalır. Qripp isə əksər hallarda ağır keçir və qripin fonunda müxtəlif ağırlaşmaların (pnevmoniya, bronxit, haymorit, beyin, ürək, böyrəklər iltihabı) inkişafı riski daha böyük olur.

Saglamolun.az bildirir ki, soyuqdəymənin ilk simptomları arasında: boğazda ağrılar, burun tutulması, öskürək. Hərarətin yüksək qalxması soyuqdəymə üçün xarakterli deyil, hərarət adətən 38 C-dən yuxarı qalxmır. Uşaqlarda soyuqdəymə fonunda hərarət daha yüksək ola bilər.

Soyuqdəymə adətən 1 həftə ərzində davam edir, simptomlar həftənin sonuna kimi tədricən azalır və daha sonra insan sağalır. Əgər simptomlar 1 həftədən artıq davam edirsə və zəifləmirsə, bu o deməkdir ki, soyuqdəyməyə bakteriya infeksiyası "qoşulub" və bu halda antibiotiklərin istifadəsinə ehtiyac yarana bilər. Mütləq həkimə müraciət edin. Boğazda güclü ağrılar, yüksək hərarət - tonzillitin (angina), qulaqda güclü ağrılar - daxili qulağın iltihabının (otit) simptomu ola bilər.

Qrip soyuqdəymə ilə müqayisədə daha ağır keçir, simptomlar daha tez artır. Qripin simptomları: boğazda ağrı, yüksək hərarət (39-40 C kimi qalxa bilər), baş ağrısı, güclü əzələ, oynaq ağrıları, burun tutulması, öskürək. İnsan özünü çox zəif, halsız hiss edir, bəzən yataqdan qalxa bimir. Soyuqdəymə zamanı insanın vəziyyəti daha yüngül olur. Qripp zamanı yüksək hərarət 3-4 gün ərzində davam edə bilər.

Qripin simptomları soyuqdəymə ilə müqayisədə daha gec keçir. Soyuqdəymə ilə müqayisədə qripp zamanı insan 2-3 həftə ərzində özünü zəif və halsız hiss edə bilər. Qripin ən tez-tez təsadüf edilən ağırlaşmalardan biri pnevmoniyadır (sətəlcəm). Bu ağırlaşmanın inkişafı riski uşaqlar və yaşlı insanlar, ürək və ağ ciyər xəstəlikləri olan insanlarda daha yüksəkdir. Əgər sizdə qripin fonunda təngnəfəslik inkişaf edibsə, mütləq həkimə müraciət edin - bu pnevmoniyanın əlaməti ola bilər. Pnevmoniyanın digər əlaməti - hərərət düşdükdən sonra onun növbəti gün yenidən təkrar qalxmasıdır.

Həmçinin qripp ürək, böyrək və digər orqanlarda fəsadlar yarada bilir. 

Əgər öskürək 2-3 həftə ərzində davam edir və keçmirsə, bu bronxit ola bilər.

Həm soyuqdəymə, həm də qripp virusları insan orqanizminə selikli qişalardan (ağız, burun, gözlər) daxil olur. Bu səbəbdən soyuqdəymə və qripp viruslarının epidemiyaları zamanı çöldən evə qayıtdıqda üzünüzü, burnunuzu yuyun, ağzınızı qarqara edin (bunun üçün çobanyastığı, sürvə otu, propolis dəmləmələri istifadə etmək olar), əllərinizi tez-tez yuyun, xəstə insanlarla təmasda olmayın, immun sisteminizi daim möhkəmləndirin.

Diqqət! Nə qripp, nə də soyuqdəymə antibiotiklərin köməyi ilə müalicə olunmur. Antibiotiklər yalnız bu xəstəliklər fonunda bakterial infeksiya inkişaf etdikdə xəstəyə həkim tərəfindən təyin oluna bilər. 

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 23:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see416

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see330

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see324

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see264

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see234

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see234

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see231

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see227

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see211

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see207

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see198

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see197

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see195

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see195

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see194

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see186

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see185

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see179

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri