Icma.az
close
up
RU
Qriqorçukdan kəsilən, Abasova verilən zaman

Qriqorçukdan kəsilən, Abasova verilən zaman

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tovuzdakı qarşılaşmadan sonra həmkarlarımdan biri Samir Abasova sual verdi: "Azarkeşlər dominant "Neftçi”ni nə vaxt görəcəklər?” Kifayət qədər konkret sualın qarşısında "Neftçi”nin baş məşqçisi çətinlik çəkdi, sağa-sola baxmağa başladı. Yanında əyləşən Rüstəm Əfsərliyə baxdı, klubun sözçüsü "vaxt lazımdır” dedi...

Sonrasını siz də görmüsüz, Abasov həmişə olduğu kimi hazırcavablığını işə salır və "martın 22-də” deməklə hamını güldürür. Azərbaycan xalqı onsuz da martı səbirsizliklə gözləyir. Novruz bayramı xalqımızın ən əziz bayramlarından biri, bəlkə də birincisidir. İndi "Neftçi” azarkeşləri üçün 22 mart tarixini gözləməyə əlavə səbəb də var. Samir Abasovun çalışdırdığı "Neftçi” məhz həmin tarixdən sonra meydanda dominantlıq etməyə başlayacaq, qələbələri sıralayacaq, turnir cədvəlinin yuxarılarına doğru sıçrayışa keçəcək.

Əlbəttə ki, bütün bunlar zarafatdır. Samir bəy özü də ciddiyətin başını buraxıb, zarafat edə-edə günü yola verməklə məşğuldur. Eyni şeyləri "Sumqayıt”da da edirdi. Onun rəhbərliyi altında "gənclik şəhəri”nin təmsilçisi UEFA Konfrans Liqasından əli ətəyindən uzun qayıtdı. Mövsümün əvvəli də "Sumqayıt” üçün bərbad alındı. Abasovun çalışdırdığı komanda ilk üç oyuna iki qələbə qazansa da, davamını gətirə bilmədi. Növbəti altı görüşdə Samir Abasov "Sumqayıt”ın baş məşqçisi kimi qələbəyə həsrət qaldı və "Qarabağ”la oyun onun üçün doğma şəhərinin komandasında sonuncu oldu.

Biz hamımız yaxşı xatırlayırıq ki, Samir bəy "Sumqayıt”ın uduzduğu oyunlardan sonra heyətin yetərsizliyindən, futbolçulara barmaq silkələməli olduğundan bəhs edirdi. Elə həmin futbolçularla Vaqif Cavadov hamını təəccübləndirməyi bacardı. Cavadov "Sumqayıt”da Abasovu əvəzləyəndən sonra "Səbail”i, "Şamaxı”nı, "Sabah”ı, hətta "Neftçi”ni məğlub etməyi bacarıb. Özü də Samir Abasovun təzminat qarşılığında yollandığı "Neftçi”ni. Sumqayıtda keçirilən qarşılaşmada "gənclik şəhəri”nin təmsilçisi "ağ-qaralar”ı iki cavabsız qolla məğlub etdi, Bakıya xalsız yola saldı.

Bütün bunlar bizim gözümüzün önündə yaşananlardır. Görünən dağa bələdçinin lazım olmadığı kimi, Samir Abasovun məşqçilik bacarığını bizə nümayiş etdirməyə ehtiyac yoxdur. Elə "Neftçi”nin nəticələri də bu məharətin əyani nümayişidir. "Neftçi” "Sumqayıt”dan savayı "Qarabağ”a, "Araz Naxçıvan”a məğlub olub, "Şamaxı”ya, "Turan Tovuz”a və "Sabah”a bata bilməyib. Söhbət Samir Abasovun komandanı çalışdırdığı dönəmdən gedir. Elə bunun nəticəsidir ki, "Neftçi” qış fasiləsinə səkkizinci pillədə yollanıb, lider "Qarabağ”dan düz 30 xal geri qalır. 

İndi Samir Abasov "Neftçi” nə vaxt meydanda dominantlıq edəcək” sualının qarşısında nə deyəcəyini bilmir, sağa-sola boylanır, sonra da söhbəti zarafata çevirib martın sonlarını nişan verir. Hamı gülür, "Neftçi”ni ələ salır. Amma ortada boşa verilən zaman, havaya sovrulan milyonlar var ki, onların hesabatını heç kim soruşmur. Həmin o milyonlardan hərəsi bir cür pay götürüb, yeni il qabağı istirahətə yollandı. "Neftçi” azarkeşləri isə gözləyir, hər şeyin nə vaxtsa düzələcəyinə ümid edir. Düzələcəkmi? Heç inanmağım gəlmir!

Amal Abuşov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 Dekabr 2024 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see398

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see371

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see351

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see333

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see293

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see286

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see281

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see274

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see252

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see247

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see241

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see240

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see235

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see232

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see224

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see216

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see203

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see196

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri