Icma.az
close
up
RU
Qriqoryandan qeyri adi elan: Azərbaycanlıların gözlədiyi tarix bilindi, lakin...

Qriqoryandan qeyri adi elan: Azərbaycanlıların gözlədiyi tarix bilindi, lakin...

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinin ölkə ərazisinə düşən hissəsində işlərin gələn ildən başlanacağını açıqlayıb. Paralel olaraq, sərhədin delimitasiyası üzrə komissiyanın sədri, Paşinyanın müavini Mqer Qriqoryan isə TRIPP layihəsi ilə Zəngəzurda qeyri-adi demarkasiya prosesinin həyata keçirilə biləcəyini söyləyib.

Qriqoryanın bəyanatı Vaşinqton anlaşmasından sonra amerikalı nümayəndə heyətinin İrəvana intensiv səfərlərinin fonunda xüsusi diqqət çəkir. Analitiklərin fikrincə, bu, ABŞ-ın işlərin sürətləndirilməsi üçün Ermənistanı müəyyən mənada tələsdirməsi təəssüratını yaradır.

Qriqoryan “qeyri-adi demarkasiya prosesi” deyəndə nəyi nəzərdə tutur?

Globalinfo.az-a danışan politoloq Kazım Kazmov deyib ki, Ermənistan hökuməti son zamanlar yenidən anklavlar məsələsini gündəmə gətirir:

“Başda Nikol Paşinyan olmaqla, dövlət rəsmiləri bu məsələ ilə bağlı son dövrlər diqqətçəkən fikirlər səsləndirirlər. Əlbəttə ki, bu açıqlamalara rəsmi Bakı hələlik cavab verməyib.

Qriqoryanın bəyanatı isə çox nüanslar daşıyır. Unutmamalıyıq ki, sovet hökuməti qurulduqdan sonra Azərbaycanın bir çox torpaqları – Naxçıvandan 657 kvadrat kilometr ərazi və bir sıra kəndlər Rusiyanın vasitəsi ilə Ermənistana verilib. Rəsmi İrəvan ədalətli demarkasiyadan bəhs edirsə, burada nəyə istinad edəcəyini açıq göstərməlidir.


Kazım Kazımov

Ümumilikdə proses əvvəlki xəritələr əsasında davam etdirilə bilər. Bununla belə, yekun qərarı Azərbaycan verəcək. İrəvan Bakı ilə razılaşmalıdır. O ki qaldı demarkasiya məsələsinə, açıq şəkildə deməliyik ki, Qriqoryan da digər rəsmilər kimi açıqlamalar verir, amma rəsmi İrəvan çox ləng hərəkət edir. Ermənistan tarixi ədalətə əməl etmək istəmir. Azərbaycan isə öz torpaq bütövlüyünü qorudu, Qazaxın işğalda olan kəndlərini geri aldı.

Hələ Kərki məsələsi də var. Hesab edirəm ki, sonda bu məsələ də həllini tapacaq. TRIPP layihəsini birbaşa bu mövzu ilə əlaqələndirmək doğru deyil. Demarkasiya prosesinin davam etdiyi müddətdə dəhlizlə bağlı da sürətli addımlar atıla bilər. Yəni Ermənistan bu məsələdə bəhanə gətirməməlidir”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Noyabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see179

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see174

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see158

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see153

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see143

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see140

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see136

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see136

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri