Qrossi: ABŞ ın İsfahandakı nüvə obyektinə endirdiyi zərbə zamanı uranın emal edildiyi binalar zədələnib
Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.
Danışıqlar İranın gələcəkdə nüvə silahı hazırlamasının qarşısını almağın yeganə yoludur.
Bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi ABŞ-ın hücumlarından sonra İrandakı vəziyyətlə bağlı bugünkü fövqəladə iclasda deyib.
Onun sözlərinə görə, ABŞ-ın İsfahandakı İran nüvə obyektinə endirdiyi zərbə zamanı uranın emal edildiyi binalar zədələnib:
“ABŞ-ın İsfahandakı İran nüvə obyektinə endirdiyi zərbə zamanı binalar, o cümlədən uranın emal edildiyi binalar zədələnib. AEBA İranın Fordo bölgəsindəki obyektdə zərbə kraterlərini də qeydə alıb, lakin zərəri qiymətləndirmək mümkün deyil.”.
Qrossi bildirib ki, İran nüvə obyektlərindən yanacaq nəqli ilə bağlı AEBA-nı xəbərdar etməlidir:
“İran nüvə obyektlərindən ölkənin digər məntəqələrinə yanacaq ötürülməsi barədə AEBA-nı xəbərdar etməlidir”, - AEBA rəhbəri qeyd edib.
O əlavə edib ki, danışıqlar İranın gələcəkdə nüvə silahı hazırlamasının qarşısını almağın yeganə yoludur: “Hərbi eskalasiya təhlükəlidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 23 İyun 2025 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















