Icma.az
close
up
RU
Menu

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

Temu adı ilə dələduzluq

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

Arteta Arsenal ın çempionluğunu oyunçuları ilə birlikdə qeyd etmədi

Yuxuda boşqab görmək nə deməkdir?

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

Müəllim: Rəqəmsal platformalar hökumətlərlə vətəndaşlar arasında daha sürətli və şəffaf qarşılıqlı əlaqə yarada bilər

Quba bağlarının “şəfalı loğman”ı

Quba bağlarının “şəfalı loğman”ı

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Müsahibimiz biologiya üzrə fəlsəfə doktoru Mədət Qurbanovdur

Hörmətli oxucu! Həmsöhbətim Quba rayonunda, eləcə də ətraf bölgələrdə bağban və fermerlərin uzun illər yaxından tanıdığı, çox sayda dəyərli elmi, təcrübi məsləhət və tövsiyələrindən təmənnasız olaraq faydalandıqları alim-aqronom Mədət Qurbanovdur. Təsadüfi deyil ki, poeziyasını çox sevdiyim tanınmış qubalı şair Ramiz Qusarçaylı Mədət müəllim haqqında qələmə aldığı parlaq publisistik oçerkinə “Qubanın Miçurini” sərlövhəsi qoyub.

Onu da qeyd edək ki, Mədət müəllim həyatda şöhrət və təmtəraqdan qaçan çox sadə insandır. Qubalı fermerlər ondan söz düşəndə qeyri-ixtiyari olaraq belə deyirlər: “Siz bizim Mədət müəllimi nəzərdə tutursunuz?”. Bu günlərdə onunla telefonla əlaqə saxladıq. Məqsədim redaksiyanın tapşırığı ilə Qubada bağçılıq ənənələrinin bərpa olunmasının əhəmiyyəti barədə yazı hazırlamaq idi. Mədət müəllim hər zaman işlərinin çox, vaxtının az olmasına baxmayaraq, qəzetə müsahibə verməklə bağlı təklifimizlə razılaşdı və beləcə, bu səmimi söhbət araya-ərsəyə gəldi. Bu gün müsahibənin əsas məqamlarını oxucuların diqqətinə təqdim edirik.

– Hörmətli Mədət müəllim, qubalılardan nə ilə məşğul olduqlarını soruşanda yarızarafat, yarıciddi deyirlər ki, “çörəyim meyvədən çıxır”. Görünür, sizin də çörəyiniz meyvədən çıxır?!

– Bəli, mənim elmdə və həyatda əldə etdiklərim bütün uğurlar, az-çox qazandığım hörmət-izzət meyvəçiliklə bağlıdır. Məni dəfələrlə paytaxta “nüfuzlu” işlərə dəvət etsələr də, bu təkliflərdən imtina etmişəm. Bunu özümü tərifləmək üçün demirəm. Sadəcə onu demək istəyirəm ki, ömrümü Qubanın meyvə bağlarında, halal əməkləri ilə özlərini və ailələrini dolandıran, sadə, mehriban bağbanların arasında keçirdiyimə görə peşman deyiləm.

– Bir halda ki, siz də “çörəyi meyvədən çıxanlar”dansınız, bəlkə tərcümeyi-halınız barədə oxucularımıza qısa da olsa, məlumat verəsiniz...

– 1955-ci ildə gözəl Qubamızın əsrarəngiz guşələrindən sayılan Xanəgah kəndində dünyaya göz açmışam. Orta məktəbi bitirəndən sonra bir müddət Bakıdakı zavodların birində fəhlə işləmişəm, sonra istehsalatdan ayrılmadan Azərbaycan Dövlət Universitetinin (indiki BDU) biologiya fakültəsinin gecə şöbəsinə qəbul olunmuşam. 1978-ci ildə buranı bitirəndən sonra Leninqrad (hazırkı Sankt-Peterburq) şəhərində yerləşən Ümumittifaq Elmi-Tədqiqat Bitki Mühafizəsi İnstitutunun məqsədli aspiranturasına qəbul olunmuşam. 1987-ci ildə həmin institutda namizədlik dissertasiyamı müdafiə etmişəm.

Sonrakı əmək fəaliyyətim qısa fasilələri nəzərə almasaq, əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Quba rayonunda yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə bağlı olub. Burada sıravi elmi işçidən şöbə müdiri, baş direktorun müavini vəzifəsinədək yüksəlmişəm. Hazırda institutda “Bitki mühafizəsi” şöbəsinin baş elmi işçiyəm. Bax, bu qədər.

– Siz təvazökarlıq edərək demədiniz ki, meyvəçiliklə bağlı 100-dən çox elmi əsərin, 4 kitabın, bir neçə ixtiranın müəllifisiniz. Bundan əlavə, şimal zonasında bağçılığın inkişafı ilə əlaqədar həyata keçirilən əksər layihələrin hazırlanmasında və uğurla həyata keçirilməsində fəal iştirak etmisiniz.

– Siz bunları haradan bilirsiniz? (gülümsəyir). Çox təşəkkür edirəm.

– Müsahibəyə hazırlaşarkən, internetdən barənizdə xeyli məlumat toplamışam. Sizin Quba və Xaçmaz rayonlarında fəaliyyət göstərən internet televiziya kanallarına verdiyiniz müsahibələrin çoxunu dinləmişəm. Üzünüzə demək olmasın, siz bu sahənin, həqiqətən, uzmanlarındansınız...

– Diqqətinizə görə təşəkkür edirəm. Yerli internet kanallarına müsahibələr zamanı bağban və fermerlərə məşğul olduqları sahələr üzrə elmi və təcrübi məsləhətlər verirəm. Onlara tumlu, çəyirdəkli, gəzəkli meyvə növləri üzrə aqrotexniki bilgilər verməyə çalışıram. Xüsusilə, istifadə etməli olduqları dərman preparatlarının faydalarını izah edirəm.

Sağ olsunlar, dediklərimə qulaq asırlar, söylədiklərimin çoxunu icra edirlər. Tədbirlərdə, şəxsi görüşlərimiz zamanı minnətdarlıq edirlər. Əsl alim odur ki, onun bilikləri insanlara fayda versin. Nə gizlədim, sadə insanlar tərəfindən əməyimə qiymət veriləndə, qəlbimdə məmnun qalıram. Bilik və təcrübəmi bölüşmək alim kimi borcumdur. Məni yaşadan, ayaqda saxlayan məhz budur.

– Mədət müəllim, bəlli olduğu kimi, son illər Quba rayonunda, bütövlükdə, ölkəmizin şimal zonasında ənənəvi bağçılığa meyil artır. Əhali həm həyətyanı sahələrində, həm də pay torpaqlarında dədə-baba meyvə sortlarının becərilməsinə üstünlük verir. Sizcə, bu tendensiya nədən qaynaqlanır?

– Düzgün müşahidə aparmısınız. Həqiqətən, son vaxtlar əhalidə belə bir meyil var. Məlumdur ki, ənənəvi bağçılıq məhsulları həm sulu, ətirli və həm də dadlı olur. Bu meyvə sortları uzun onillər, əsrlər boyu təcrübəli bağbanlar tərəfindən yetişdirilib, sonrakı nəsillərə ötürülüb. Bu meyvə sortlarının qədir-qiymətini bilmək, onları artırmaq, əlbəttə, borcumuzdur. Nahaq yerə demirlər:

Qubanın ağ alması,
Yeməyə bağ alması.

Xoşbəxtlikdən, bu gün Qubanın ağ almasının şöhrətini yaşadanlar çoxdur. Siz məni tərifləyirsiniz, amma bizim Qubada kifayət qədər öz işini bilən alim-aqronomlar var.

– Bir vaxtlar Qubada ənənəvi bağçılığın az səmərəli olduğunu iddia edirdilər. Sizcə, rayon ərazisində kütləvi surətdə salınmış palmet və spur bağları gözləntiləri doğrultdumu?

– Bu məsələyə bir qədər geniş aspektdən yanaşmaq lazımdır. Palmet və spur meyvə bağları, eləcə də müasir texnologiyalar əsasında salınmış intensiv bağlar zamanın tələbidir və iqtisadi cəhətdən özünü doğruldur. Belə bağlarda yetişdirilən meyvə sortları dünya bazarlarında tanınır və qlobal istehlakçılar tərəfindən qəbul edilir.

İntensiv bağlarda meyvə ağacları, bir qayda olaraq, cəmi 3-4 ildən sonra bəhərə düşür. Onların hər hektardan orta məhsuldarlığı 1000, hətta 1200 sentnerə çatır. Bu, olduqca bol məhsul, deməli, yüksək rentabellik deməkdir. İqtisadi amil hər bir sahədə olduğu kimi, meyvəçilikdə də həlledici rol oynayır. Bunu gözardı etmək çətindir. Bununla bərabər, bütün hallarda ənənəvi bağçılığı diqqətdən kənarda qoymaq olmaz.

– Mən sizin arqumentinizi qəbul etməyə bilmərəm. Amma gəlin, etiraf edək ki, “Qubanın bağ alması” deyəndə, insanların gözləri önünə, ilk növbədə, rayonun qədim meyvə bağlarının dadlı, ətirli meyvələri gəlir. Bu meyvələrin geniş həcmdə istehsalı və satışını təşkil etmək üçün hansı işlər görülməlidir?

– Qədim meyvə sortlarının geniş həcmdə istehsalını və satışını təşkil etmək mümkündür. Bura armudun “Abbasbəyi”, “Cəfəri”, “Nurunburun”, “Sini armud” və s., almanın “Qızıl Əhmədi”, “Cırhacı”, “Sarı turş” və digər sortlarını misal gətirmək olar.

Yeri gəlmişkən, qədim alma və armud sortlarından qurudulmuş meyvə (qax) istehsal etmək olar və bunu ekoloji təmiz məhsul kimi bazara çıxarmaq mümkündür. Alıcıları mütləq tapılacaq. Əlbəttə, bu istiqamətdə xeyli əmək sərf etmək, çalışmaq lazımdır.

– Rayonda qədim meyvə sortlarının daha geniş həcmdə becərilməsinin təşkili üçün alim-aqronomların, Quba DAİM-in əməkdaşlarının üzərinə hansı vəzifələr düşür?

– Qeyd etməyə dəyər ki, qədim meyvə sortlarını qorumaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun, eləcə də Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitunun alim və mütəxəssisləri tərəfindən bu sortlar toplanmış və regionda kolleksiya bağları salınmışdır. Quba rayonu Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri hazırda bu sortların becərilməsi və qorunması ilə bağlı yerlərdə geniş izahat və təbliğat işi aparırlar.

Son illər rayonun əksər kəndlərində qədim meyvə sortlarını yetişdirib onların əhaliyə satışını təşkil edən tingçi bağbanların sayı xeyli artıb. Bu, fikrimcə, təqdirəlayiq haldır. Bu gün hər ailə öz həyətyanı sahəsində qiymətli alma, armud növlərini becərməyə çalışır. Peşəkar tingçilər çeşidli meyvə sortları yetişdirməklə, əhaliyə geniş seçim imkanları yaradırlar.

– Yaxın gələcəkdə şöhrətli Quba meyvələrini dünya bazarlarına çıxarmaq mümkündürmü? Bunun üçün hansı işlər görülməlidir?

– Şimal bölgəsinin qədim meyvə sortlarından dünya bazarlarına çıxarmaq nəinki mümkündür, hətta mən deyərdim ki, çox vacibdir. Bunun üçün bir çox yerli alma və armud sortlarını beynəlxalq sərgilərdə nümayiş etdirməliyik, onların yüksək keyfiyyət göstəricilərini izah etməliyik. Burada marketinqin düzgün və səmərəli təşkili çox önəmlidir.

Mən tamamilə əminəm ki, Qubanın ətirli meyvələri Avropada və dünya bazarlarında mütləq öz layiqli yerini tutacaq. Böyük türk şairi Nazim Hikmətin gözəl bir söz var: “Pətəyində balı olanın arısı Bağdaddan uçub gələr”. Vaxt gələcək, dünyanın hər yerində Quba meyvələri adla deyiləcək. Sadəcə, bu prosesi sürətləndirmək lazımdır.

– Mədət müəllim, sonuncu sual. Bildiyimə görə, bu il Qubanın meyvə bağlarında məhsul bol olub. Amma bəzi fermerlər məhsulun ucuz qiymətə satıldığını söyləyirlər...

– Mən belə deməzdim. Bu il bağlarda, həqiqətən, əvvəlki illərdən daha çox məhsul toplanıb. Meyvənin bir hissəsi elə bağlardan birbaşa realizə olunub, qalan hissəsi isə qışboyu satılmaq üçün soyuducu anbarlara yığılıb. Son illər rayonda xeyli sayda irihəcmli soyuducular inşa edilib.

Qarşıdakı aylar ərzində fermerlər məhsulu sərfəli qiymətlərə müştərilərə sata biləcəklər. Əsas odur ki, bu il bazar və marketlərdə meyvə sarıdan korluq olmayacaq. Deməli, həm bağbanlar, həm də istehlakçılar razı qalacaqlar.

– Mədət müəllim, müsahibə üçün sağ olun!

Söhbəti yazdı:
Məsaim ABDULLAYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Dekabr 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

20 May 2026 11:24see344

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see297

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see235

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see219

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see209

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see169

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see168

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

20 May 2026 19:55see164

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

20 May 2026 22:27see164

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

20 May 2026 18:18see162

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see159

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

20 May 2026 17:31see157

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see154

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

20 May 2026 20:48see153

Arteta Arsenal ın çempionluğunu oyunçuları ilə birlikdə qeyd etmədi

20 May 2026 13:15see153

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see153

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see151

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

20 May 2026 22:30see150

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

20 May 2026 22:47see150

Müəllim: Rəqəmsal platformalar hökumətlərlə vətəndaşlar arasında daha sürətli və şəffaf qarşılıqlı əlaqə yarada bilər

20 May 2026 11:40see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri