Icma.az
close
up
RU
Quba nın gürcüstanlı legioneri: Hər komandaya qarşı mübarizə aparacağıq və...

Quba nın gürcüstanlı legioneri: Hər komandaya qarşı mübarizə aparacağıq və...

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Quba" ən yaxşı formasından uzaq olsa da, nəticələri qənaətbəxşdir". Sport24.az xəbər verir ki, bunu bölgə klubunun mətbuat xidmətinə açıqlamasında komandanın gürcüstanlı basketbolçusu Levan Qoqaladze deyib.

O, hər rəqibə qarşı mübarizə aparacaqlarını vurğulayıb:

"Komandamız özünün ən yaxşı formasından çox uzaq olsa da, nəticələrdən razıyıq. Mövsümə qələbə ilə başlamaq əla idi. Dizimdən zədə aldım və 10 gündür məşq etmirdim. Çalışacağıq ki, bunun davamını gətirək. Hələ də taktiki işlər üzərində çox çalışmalıyıq. Düşünürəm ki, qalib gəlməyimizin əsas səbəbi çalışqanlıq və enerji idi. Yaxşı oynadıq, komanda oyunu ortaya qoyduq. Bu il komanda yaxşıdır. Məşqçinin hər bir tapşırığını yerinə yetirməyə hazır olan bir neçə yerli basketbolçunu da heyətə cəlb etmişik. Hər komandaya qarşı mübarizə aparacağıq və əlimizdən gələni edəcəyik".

Gürcüstanlı basketbolçu qarşıdakı hədəflərdən də danışıb:

"Ən yaxşısına ümid edək. Nə edəcəyimizi öncədən danışmağı xoşlamıram. Oyundan-oyuna irəliləyəcəyik. Necə alınacağını da görəcəyik. "Sərhədçi" ilə matçdan sonra "Ordu" ilə görüş barədə düşünürdük. "Ordu"nun bir neçə amerikalı oyunçusu mənə tanışdır. Onlar Gürcüstanda bəzi dostlarımla birlikdə oynayıblar. Yaxşı oyun olacağı dəqiqdir. Ümid edirəm ki, qələbə bizim olacaq".

Qeyd edək ki, "Quba" Azərbaycan Basketbol Liqasının I turunda "Sərhədçi" klubunu 98:76 hesabı ilə üstələyib. Komanda bu gün "Ordu" ilə üz-üzə gələcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://sport24.az
archiveBu xəbər 10 Oktyabr 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri