Icma.az
close
up
RU
Menu

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

Yelisey sarayını siyasi toqquşmalar gözləyir

Yelisey sarayını siyasi toqquşmalar gözləyir

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident seçkilərində namizədlərlə yanaşı, bloklar da üz-üzə gələcək 

Beşinci Respublikada prezident seçkiləri yaxınlaşdıqca, ölkənin əsas siyasi qüvvələri artıq seçki yarışının fəal mərhələsinə qədəm qoyublar. 2027-ci ilin 18 aprel və 2 may tarixlərinə təyin edilmiş seçkillərin fonunda Fransa mediası Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqardın prezidentliyə mümkün namizədliyini fəal şəkildə müzakirə edir. Müzakirələrə səbəb xanım Laqardın səlahiyyət müddəti bitməmiş hazırda tutduğu vəzifəsindən istefa verəcəyi barədə yayılan xəbərlər olub.

Fransanın populyar nəşri “Le Monde” yazır ki, Laqardın namizəd­liyini irəli sürmək fikri sağ və mərkəzçi bloklardakı parçalan­malardan və onların zəifliyindən qaynaqla­nır. Hazırda bu siyasi düşərgə elə güclü və birləşdirici bir fiqura dəstək verir ki, o, həm əsas rəqib Marin Le Penə, həm də sol düşərgənin namizədi Jan-Lük Melanşona meydan oxuya bilsin. AMB sədrinin prezidentlik marafo­nuna qoşulma ehtimalı cəmiyyətdə qızğın müzakirələrə səbəb olub. Bu vəziyyət ictimaiyyət tərəfindən bir qədər ehtiyatlı təriflə müşayiət olun­sa da, sağ və mərkəzçi siyasətçilər arasında, pərdə arxasında şübhə ilə qarşılanır. Əslində, reaksiyalardakı müxtəliflik mövcud siyasi qüvvələr üçün xarakterik olan klassik dilemmanı özündə əks etdirir. Yəni onlar Laqardı həm öz ambisiyaları üçün potensial təhlükə, həm də siyasi keç­mişi Brüsseldəki texnokratik sistemlə hədsiz bağlılığı olan şəxs kimi görürlər.

Yerli analitiklərin fikrincə, ölkənin birinci kürsüsünə iddialı xanım Laqard müəyyən üstünlüklərə malikdir. Bu üstünlüyü onun iqtisadi sahədəki təcrübəsi şərtləndirir. Hazırda ciddi büdcə çətinlikləri, yük­sək dövlət borcu və sosial-iqtisadi islahatlara ehtiyac duyan Fransa hö­kuməti üçün bu, son dərəcə vacib amildir. AMB prezidentinin digər üstünlüyü isə onun beynəlxalq arenada qazandığı nüfuzudur. Kristin Laqard dünyanın aparıcı dövlətlərinin liderləri, maliyyə qurumlarının rəhbərləri və siyasi elitaları ilə yaxından tanışdır. Bu isə indiki geosiya­si qeyri-sabitlik dövründə əvəzsiz bir sərvət sayıla bilər.

K.Laqardın üçüncü üstünlüyü ondan ibarətdir ki, o, keçmiş baş na­zirlərdən və ya Emmanuel Makronun komandasındakı siyasi simalar­dan fərqli olaraq, özünü kənardan gələn biri – yəni mövcud hakimiyyə­tin qeyri-populyar qərarlarına görə heç bir məsuliyyət daşımayan siyasi namizəd kimi təqdim edə bilər. Fəqət bu üstünlüyün mənfi tərəfləri də var: Laqardın qarşısındakı əsas çətinlik onun arxalana biləcəyi siyasi təşkilatın və ya sabit seçki koalisiyasının olmamasıdır. Bundan əlavə, prezident seçkilərində iştirak etmək üçün seçkili vəzifə tutan namizəd­lərdən 500 imza toplamaq tələbi də var.

Bu arada, mərkəzçi düşərgədə Eduard Filipp, Qabriel Attal və Se­bastyan Lekornu kimi simalar, eləcə də Bruno Retayo daxil olmaqla ənənəvi sağın nümayəndələri arasında rəqabət gedir. Ekspertlər he­sab edirlər ki, hazırda onların heç biri bütün loyal siyasi spektrı bir­ləşdirməyə qadir, şübhə doğurmayan namizəd kimi önə çıxmaq şan­sına malik deyil. Nəticə etibarilə, Laqard potensial kompromis fiqur – Makronun tərəfdarlarını, liberal işgüzar dairələrin müəyyən hissəsini, Avropayönümlü seçiciləri və millətçilərin hakimiyyətə gəlməsi ehtima­lından narahat olan praqmatik seçiciləri bir araya gətirə biləcək şəxs kimi nəzərdən keçirilir. Əslində, bu, Fransanın beynəlxalq nüfuzunu qoruyub saxlamaq məqsədi ətrafında yeni bir siyasi koalisiya yaratmaq cəhdidir.

Ümumiyyətlə, Kristin Laqard səviyyəsində bir şəxsin ortaya çıx­ması Fransada prezident seçkiləri kampaniyasına ənənəvi ümumi baxı­şı kökündən dəyişir. Yəni Laqard siyasi elitadan kənar və ya texnok­rat profilli bir namizəd, partiyalararası çəkişmələrdən bezmiş insanlar üçün bir cazibə mərkəzinə çevrilə bilər. İntəhası, möhkəm siyasi apara­tın və ya yerli təşkilati strukturların olmaması belə bir namizədin seçki kampaniyası müddətində uzunmüddətli perspektivdə zəif və müdafiə­siz qalması riskini də yaradır.

***

Fransanın hazırkı prezidenti Yelisey sarayını tərk etdikdən sonra da ölkənin Avropayönümlü siyasi xəttini davam etdirməsini təmin etməyə çalışsa da, onun təmsil etdiyi siyasi düşərgə güclü bir xələf tapmaq­da çətinliklə üzləşib. Laqard Makron üçün bir növ ehtiyatda olan si­yasi qüvvə rolunu oynaya bilər. Amma Fransa cəmiyyətinin mövcud siyasi sistemdən yorğunluq əlamətləri nümayiş etdirdiyini nəzərə al­saq, vəzifədən gedən prezidentlə hər hansı bir bağlılıq yeni namizədə qarşı mənfi münasibəti daha da gücləndirə bilər. Buna görə də, əgər Laqard prezidentlik yarışına qatılmaq qərarına gəlsə, o, həm Makron administrasiyasının zərərli irsindən məsafə saxlamalı, eyni zamanda, onun Avropayönümlü xəttini qorumağa məcbur olacaq. Bütün hallarda qarşıdakı seçkilərin siyasi “avtoşoklarla” müşayiət olunacağı qənaətini paylaşan yerli ekspertlər hesab edirlər ki, Laqardın prezidentlik yarışı­na qoşulması güc balansını əhəmiyyətli dərəcədə dəyişə bilər. Xüsusilə, bu, siyasi mərkəzə müxtəlif avropayönümlü qüvvələri etibarlı bir na­mizəd ətrafında birləşdirmək imkanı verərdi.

Digər tərəfdən, Laqardın bu mübarizədə iştirakı Le Pen və Bardel­laya seçkiləri Fransa milli suverenliyi ilə Brüsseldəki maliyyə və siyasi elita arasında qarşıdurma kimi təqdim etmək üçün əlverişli zəmin yara­dardı. Eyni zamanda, Avropa İttifaqı üçün Laqardın qələbəsi Fransanın Avropa inteqrasiyasının mərkəzində qalması və Fransa-Almaniya tan­deminin güclənməsi demək olardı.

Avropa İttifaqına isə Laqardın prezidentlik kürsüsünə yiyələnməsi Fransanın qitənin mərkəzi oyunçusu statusunda qalması və onun Alma­niya ilə tandeminin güclənməsi lazımdır.

İ.HƏSƏNQALA
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Noyabr 2026 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see325

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see324

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see319

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see310

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see306

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see304

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see301

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see297

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see294

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see289

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see265

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see264

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see263

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see259

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see259

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see255

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see251

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see249

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see246

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri