Quba Olimpiya Kompleksinin rəsmiləri İmişli dən hər oyun üçün 2 min AZN tələb edirlər?
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yerli mediada yayılan xəbərlərə görə, Quba Olimpiya Kompleksinin rəsmiləri yeni mövsümdən etibarən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "İmişli" klubundan hər oyun üçün iki min AZN tələb edirlər.
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən "İmişli" klubunun icraçı direktoru Aqşin Mürsəlov bildirib ki, bu xəbər həqiqəti əks etdirmir.
"Açığı bu məsələdən bizim xəbərimiz yoxdur. Hələ Peşəkar Futbol Liqası (PFL) tərəfindən stadiona baxış keçiriləcək. Bizim Quba Olimpiya Kompleksində oynayıb-oynamayacağımız həftənin sonunda bəlli olacaq", - deyə A.Mürsəlov bildirib.
Qeyd edək ki, bölgə təmsilçilərindən "Turan Tovuz" mövsümün yarısını "Azərsun Arena"da, "Karvan" Şamaxı şəhər stadionunda, "Kəpəz" isə Qəbələdə keçirəcək.
Anar Həsənov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 24 İyul 2025 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















