Icma.az
close
up
RU
Qubada 8 il əvvəl qadını öldürərək ömürlük cəza alan şəxslə bağlı QƏRAR

Qubada 8 il əvvəl qadını öldürərək ömürlük cəza alan şəxslə bağlı QƏRAR

Icma.az bildirir, Pravda.az portalına istinadən.

Sumqayıt Apellyasiya Məhkəməsində Qubada 8 il əvvəl qətl törətməkdə təqsirləndirilən Osman Ömərov və Əflatun Əspəndiyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
 

Xatırlatma: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Osman Ömərov ömürlük, Əflatun Əspəndiyev isə 18 il azadlıqdan məhrum edilib.


Qeyd: 2017-ci ildə Quba rayonunun Küpçalqışlar kəndi ərazisindəki Qudyalçayın üzərindəki körpünün altında yandırılan "VAZ-2106" markalı avtomobilin içərisində Xaçmaz rayon sakinləri - 1984-cü il təvəllüdlü Rəhman İşıqov və 1998-ci il təvəllüdlü Ülviyyə Məmmədovaya məxsus yanmış meyitlərin aşkar olunması faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılsa da, cinayəti törətmiş şəxsi (şəxsləri) müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.


Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən cinayət işi yenidən öyrənildikdən sonra 2022-ci il tarixdə iş üzrə dayandırılan icraat təzələnib, həyata keçirilən çoxsaylı istintaq və əməliyyat tədbirləri ilə Xaçmaz rayon sakini, 1994-cü il təvəllüdlü Osman Ömərovun 6 iyul 2017-ci il tarixdən 7 iyul 2017-ci il tarixə keçən gecə Ülviyyə Məmmədova və Rəhman İşıqovla yaşadığı kəndin ərazisində görüşüb aralarında yaranmış mübahisənin gedişində Ülviyyə Məmmədovanı deşici alətlə vurub xəsarət yetirməsindən sonra Rəhman İşıqovla aralarında baş verən mübahisə ilə əlaqədar üzərində gəzdirdiyi bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib.


Daha sonra cinayətin izini itirmək üçün yol-nəqliyyat hadisəsi görüntüsü yaratmaq məqsədilə Ülviyyə Məmmədova və Rəhman İşıqovun meyitlərini sonuncuya məxsus avtomobilin içərisində Qudyalçayın üzərindəki körpünün altında yandırmasına əsaslı şübhələr müəyyən edilib.


İstintaqın gedişatında Osman Ömərovun törətdiyi cinayətdə 1987-ci il təvəllüdlü Əflatun Əspəndiyevin də kömək etdiyi məlum olub və onun da barəsində həbs qətimkan tədbiri seçilib. Toplanan sübutlar əsasında Osman Ömərov 19 may 2022-ci il tarixdə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə cinayət məsuliyyətinə cəlb edilib.

Kamal Məmmədov 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://pravda.az
archiveBu xəbər 23 Yanvar 2025 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see140

İki il sonra üstü açılan qətlin Təfərrüatı

03 İyun 2025 04:20see139

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see135

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see130

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see125

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see124

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see123

Türkiyə ilə Yunanıstan arasında 5,8 bal gücündə zəlzələ baş verib

03 İyun 2025 03:55see121

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see121

Ata telefonu açaraq oğlunun Qatilini Tapdı

02 İyun 2025 23:28see121

Paytaxt klubunda kapitanla yeni müqavilə

03 İyun 2025 01:13see120

Gəncədə qohumlar arasında dava Yaralılar var

03 İyun 2025 08:02see120

Ölkəmizin heç vaxt görmədiyi sürətlə silah yığırıq

03 İyun 2025 08:17see119

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see119

Yaponiyada isti havada əməkdaşlarına müdafiə təmin edə bilməyən şirkətlər cərimələnəcək

03 İyun 2025 03:07see118

Amerikalı aktyor güllələnərək öldürüldü

03 İyun 2025 01:26see118

Benzin qiymətlərinə endirim: Yeni MƏBLƏĞ

03 İyun 2025 01:00see115

Milan ın sabiq hücumçusu Yaxın Şərqdə oynayacaq RƏSMİ

03 İyun 2025 09:08see115

Qarabağda gecələyən əcnəbi turistlər otellərdə qalmırlar

03 İyun 2025 10:19see114

McLaren 750S in xüsusi versiyası buraxılacaq

03 İyun 2025 02:13see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri