Arvadını öldürərək ağır cəza alan şəxslə bağlı QƏRAR
Pravda.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Şirvan Apellyasiya Məhkəməsində Biləsuvarda arvadını öldürməkdə təqsirləndirilən Anar Məmiyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırlatma: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Məmiyev 17 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Qeyd: Hadisə 26 mart 2024-cü il tarixdə saat 14 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndində baş verib. Belə ki, 1997-ci il təvəllüdlü Anar Məmiyev həyat yoldaşı, 1999-cu il təvəllüdlü Sevil Əlilini bıçaqlayaraq qətlə yetirib. Qətli törətdikdən sonra polisə könüllü təslim olub.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Kamal Məmmədov


