Qubada ağır yol qəzası nəticəsində bir nəfər ölüb, 2 nəfər xəsarət alıb
Icma.az, Apa.az saytına istinadən bildirir.
Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Şimal bürosunun məlumatına görə, hadisə sentyabrın 6-da saat 00:20 radələrində Quba-Xaçmaz yolunun rayonun Barlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Quba rayon sakini, 24 yaşlı Seyfəlmülk Telman oğlu Eldarov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılaraq aşıb.
Qəza zamanı sürücü və sərnişin, 26 yaşlı Roman Eynulla oğlu Ramazanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Avtomobildə olan digər sərnişin, 26 yaşlı Sənan Samir oğlu Ramazanov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Beyləqanda ağır yol qəzası nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb
06 Dekabr 2025 20:36
Ankarada qəza nəticəsində 2 nəfər ölüb, 25 nəfər xəsarət alıb
13 Avqust 2026 20:47
Qubada cərəyan vurması nəticəsində bir nəfər ölüb, digər şəxs xəsarət alıb
14 May 2025 13:31
Qaxda ağır yol qəzası olub, bir nəfər ölüb, dörd nəfər xəsarət alıb
06 Oktyabr 2026 09:15
İmişlidə yol qəzası: 2 nəfər ölüb
25 May 2026 11:25
Baxış sayı:204
Bu xəbər 06 Sentyabr 2026 08:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















