Qubada ayı çobana hücum etdi itlər sahibini xilas etdi
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qubada ayı təsərrüfat sahibinə hücum edib.
Moderator.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qonaqkənd qəsəbəsində baş verib.
Belə ki, rayonun Vladimirovka kənd sakini 36 yaşlı Azər İskəndərov xırdabuynuzlu heyvanları yaylaqda otararkən ayının hücumuna məruz qalıb.
Sürüdə olan çoban itləri təsərrüfat sahibini yırtıcı heyvanın əlindən xilas edə bilib.
Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan A.İskəndərov Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, bundan öncə ayılar Xanagah, Qımılqazma və Səbətlər kəndində təsərrüfatlara zərər verib.

Donuzlar çobana hücum etdi, itlər onu xilas etdi
17 Yanvar 2025 13:05
Qubada ayı sakinlərə hücum etdi
02 Dekabr 2024 18:13
Qubada ayı təsərrüfat sahibinə hücum etdi
17 Oktyabr 2025 01:20
Qubada ayı sakinlərə hücum etdi: Malqaranı parçaladı FOTO
02 Dekabr 2024 16:05
Qubada ayı sakinlərə hücum etdi: Malqaranı parçaladı FOTOlar
02 Dekabr 2024 12:43

