Fermada qadına təcavüz edən çobana hökm oxundu KONKRET
Konkret.az saytına istinadən Icma.az xəbər verir.
Gəncə Ağır Cinayətlər Məhkəməsində zorlamada təqsirləndirilən Aqil Bəşirovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Bəhruz Müslümovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, 7 il müddətə azadlıqdan məhrum edilib.
Ittihama görə, hadisə 2023-cü ilin sentyabr ayından 2024-cü ilin sentyabr ayınadək Ağstafa rayonu, Ceyrançöl ot-qışlaq sahəsində yerləşən fermaların birində qeydə alınıb.
Belə ki, Aqil Bəşirov həmin fermada yaşayan, 1991-ci il təvəllüdlü, məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən əqli geriliklə əlaqədar öz hərəkətlərinin mənasını və ona qarşı törədilənləri dərk etmək və onları şüurlu idarə etmək, həmçinin psixi vəziyyəti ilə əlaqədar olaraq baş verənlərlə bağlı ifadə verə bilmək iqtidarında olmayan qadını – R.R.-i dəfələrlə zorlayıb.
Məhkəmədə Aqil Bəşirov Cinayət Məcəlləsinin 149.2.5-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
Baxış sayı:182
Bu xəbər 08 Aprel 2026 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















