Icma.az
close
up
RU
Qubada sahibkarlarla görüş: rayonun biznes imkanlarının reallaşdırılması ilə bağlı müzakirə aparılıb

Qubada sahibkarlarla görüş: rayonun biznes imkanlarının reallaşdırılması ilə bağlı müzakirə aparılıb

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 18 noyabr, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, tədbirə kənd təsərrüfatı, intensiv bağçılıq, turizm, sənaye, xidmət, ticarət, ictimai-iaşə, arıçılıq və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar, eləcə də dövlət qurumlarının nümayəndələri olmaqla, ümumilikdə 100-dən çox iştirakçı qatılıb.

Görüşdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlıq fəaliyyəti, bu sahədə qanunvericilik, dövlət dəstəyi mexanizmləri vasitəsilə rayonun biznes imkanlarının reallaşdırılması ilə bağlı fikirlərini bölüşüblər.

Bildirilib ki, Quba rayonu əsasən meyvəçilik və bağçılıq üzrə ixtisaslaşıb. Rayonda son illər emal müəssisələrinin yaradılması, turizm və xidmət sektorunun genişlənməsi müşahidə edilir. KOBİA bütün regionlarda olduğu kimi, Qubada sahibkarlığın inkişafına öz mandatı çərçivəsində dəstək göstərir.

Qeyd olunub ki, rayonun iqtisadi üstünlüklərindən yararlanmaqla sahibkarlar meyvə və giləmeyvə əsaslı məhsullarda yerli brend formalaşdıra, bölgənin turizm potensialından istifadə etməklə aqroturizm və ekoturizm sahəsində yeni təşəbbüslər irəli sürə bilərlər. Həmçinin səmərəli modellərin tətbiqi, enerjiyə qənaət və yaşıl texnologiyaların biznes proseslərinə daxil edilməsi sahibkarlıq üçün faydalı olacaq. Dövlətin dəstək mexanizmləri barədə məlumatlı olmaq, güzəştli maliyyələşmə, ixrac və digər proqramlardan faydalanmaqla rayonun potensialına uyğun yeni biznes istiqamətlərinin araşdırılması da biznes üçün faydalıdır.

Sonra görüşdə iştirak edən sahibkarların təklifləri dinlənilib, meyvə-tərəvəz məhsullarının satışına, ⁠emal müəssisələrinin yaradılmasına, kənd təsərrüfatı məhsullarının saxlanması üçün kiçik həcmli soyuducuların alınmasına və arıçılıq təsərrüfatı üçün torpaq sahəsinin icarəyə götürülməsinə dəstək, aqroturizm, suvarma, tingçilik, infrastruktur məsələləri ilə bağlı müzakirələr aparılıb, biznes subyektlərinin sualları cavablandırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:39
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see211

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see179

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see176

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see138

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see137

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see137

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see134

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see133

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see133

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see131

Mançester Siti nin futbolçusu hələ də Bundesliqa klubunun hədəfindədir

01 Yanvar 2026 00:47see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri