Icma.az
close
up
RU
Qubanın bağlarında bərəkət mövsümü

Qubanın bağlarında bərəkət mövsümü

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Meyvəçilik yenidən qazanclı məşğuliyyətə çevrilir

Yolumuz bağlar diyarı Quba rayonunadır. Məqsədimiz son illər ərzində bu bölgədə meyvəçilik sahəsində görülən işlər, əldə olunan uğurlar, aqrar proqramın qarşıya qoyduğu hədəflərlə bağlı bağban və fermerlərin qarşısında duran vəzifələrdən söz açmaqdır. Keçirdiyimiz görüş və söhbətlərdən hiss olunurdu ki, torpağı əkib-becərən əmək adamlarının da jurnalistlərin, qələm əhlinin, daha geniş mənada, ziyalıların mənəvi dəstəyinə ehtiyacı var.

Bağbanlarla söhbət zamanı onların dilindən “mətbuat bizi bəzən unudur” kimi haqlı gileylər də eşitmək olurdu. Hörmətli oxucu, bu, başqa bir söhbətin mövzusudur və gələcək nömrələrimizdə bu haqda söz açacağıq.

Bu barədə Qubada meyvəçiliyin inkişafını mövzu seçməyimiz də təsadüfi deyil. Prezident İlham Əliyevin təşəbbüsü və sədrliyilə keçirilən müşavirədə dövlətimizin başçısı ölkədə kənd təsərrüfatının bundan sonra da sürətli inkişafının təmin edilməsi məqsədilə müvafiq qurumların rəhbərləri qarşısında mühüm vəzifələr irəli sürüb. Möhtərəm Prezidentin müşavirədki parlaq nitqində səslənən dəyərli fikirlər, tövsiyə və təkliflər ölkədə aqrar sektorun inkişafının keyfiyyət etibarı ilə daha yüksək səviyyəyə yüksəldilməsi üçün proqram xarakteri daşıyır. Bu sahədə qəbul olunan, 2026-2030-cu illər ərzində icrası planlaşdırılan Dövlət Proqramının uğurla həyata keçiriləcəyi də heç kəsdə zərrə qədər şübhə doğurmur.

Qeyd etmək lazımdır ki, aqrar müşavirənin ardınca Azərbaycanın bir çox rayonlarında, eləcə də Qubada şimal zonasına daxil olan rayonların rəhbər işçilərinin, aqrar sektorda çalışan təcrübəli mütəxəssis və qabaqcıl fermerlərin fəal iştirakı ilə zona müşavirəsi təşkil olunub. Milli Məclisin Quba rayonundan seçilən deputatı, iqtisad elmləri doktoru Əlibala Məhərrəmzadə dedi ki, aqrar sektorun inkişafı bu gün Azərbaycan dövlətinin prioritetlərindən biridir və ölkə rəhbərliyi bu istiqamətdə davamlı uğurların əldə olunmasında qərarlıdır.

Bu sahədə çalışan əksər əmək adamları da dövlətimizin, şəxsən Prezident İlham Əliyevin Azərbaycan kəndinin inkişaf və tərəqqisinə xüsusi və davamlı diqqət və qayğı göstərməsindən dərin məmnunluq hissi keçirmələrini fəxarətlə dilə gətirirlər. Ən başlıcası, onlar yüksək və pozitiv dinamika alan bu prosesin fəal iştirakçılarına çevrilirlər. Əlbəttə, böyük uğurlar davamlı, düşünülmüş səmərəli, əməli addımlar nəticəsində mümkün olur. Azərbaycanda bu istiqamətdə fəal siyasi iradə ortaya qoyulub və reallıq budur ki, cəmiyyətin böyük potensialı hərəkətə gətirilib.

Bu məqamda onu da deməliyəm ki, Quba Azərbaycanın təkcə təbii gözəlliyi ilə sayılıb-seçilən bölgələrindən deyil, bura həm də əməyə, torpağa qəlbən bağlı olan, əməksevər, işgüzar insanların yurdudur. Quba Rayon Ağsaqallar Şurasının sədri, təcrübəli fermer İldırım Məmmədovla söhbət zamanı ağsaqqalın dilindən eşitdiyim sözləri unutmaq mümkün deyil: “Qubalılar hər zaman Azərbaycan dövlətçiliyinə, ulu öndər Heydər Əliyevin milli dövlətçiliyimizin möhkəmlənməsinə, milli istiqlalımızın əbədi olmasına xidmət edən parlaq ideyalarına, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik daxili və xarici siyasət kursuna daim sadiq qalıblar və müstəqil ölkəmizin çiçəklənməsi naminə bundan sonra da əllərindən gələni edəcəklər”.

Bəli, ölkəmizin gözəl və füsunkar guşələrindən olan Qubada bağbanların bağlarda böyük həvəslə qatıldıqları əmək prosesini müşahidə etmək, aqrar sektorda qazandıqları qələbələrdən söz açmaq xoşdur. “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşovun ezamiyyətə yola düşərkən dönə-dönə söylədiyi sözlər də yadımdadır:

– Qubanın aqrar sektordakı uğurlarını göstərmək üçün sizə mütləq insanlarla görüşüb onların arzu və diləklərini qələmə almaq lazım gələcək. Çalış qələmə alacağın reportajda rayonun əmək ritmi, bağbanların əhvali-ruhiyyəsi duyulsun!

...Beləcə, iyunun 23-də sübh tezdən Bakıdan Qubaya yola düşəndən məhz bu fikir və düşüncələrlə avtobusun pəncərəsindən Siyəzən və Şabran rayonunun ərazisinin bitdiyinin, artıq Qubanın kəndlərinin başlandığının fərqinə vardım. Əslində, Qubanın bağlar diyarı olması elə ilk andan hiss olunur. Belə ki, yolun hər iki tərəfində bir-birindən səliqəli meyvə bağları sıralanır, bəzən onları kiçik və nisbətən geniş otlaq əraziləri və ara-sıra artıq yetişdiyi sapsarı saralmış rəngindən bəlli olan taxıl zəmiləri əvəz edir, sonra isə yenə yamyaşıl bağlar başlayır. Demək olar ki, rayon mərkəzinədək daha çox alma, armud və gilas bağları bölgəyə təşrif buyuran insanları müşayiət edir.

Quba Rayon İcra Hakimiyyətində Bakıdan Qubanın uğurlarından yazmağa gələn “yaşlı jurnalisti” aşkar hiss olunan səmimiyyət və mehibanlıqla qarşıladırlar. Vaxt itirmədən işə keçirik. Quba Rayon İcra Hakimiyyəti başçısı aparatının sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun baş məsləhətçisi Pərviz Zeynalov rayonun sosial-iqtisadi göstəriciləri ilə bağlı bütün suallara ətraflı cavab verir. Məlum olur ki, hazırda rayonda 17 min hektardan çox köhnə və yeni salınmış meyvə bağları mövcuddur. Ötən il rayonda 155 min 726 ton məhsul istehsal olunub. Bu göstərici 2024-cü ildə olduğundan 6 min 176 ton və ya 4,1 faiz çoxdur. Üstəlik, rayonda meyvəçiliyin sürətli inkişafını davamlı olaraq təmin etmək üçün köhnə bağların yenilənməsi prosesi gedir. Pərviz müəllimin sözlərindən bəlli olur ki, son bir bir neçə ildə rayonda 2 min 40 hektar yeni bağ salınıb.

Quba rayonunda ən uğurlu femerlərdən sayılan Bahadur Əhmədov həyata 42 il əvvəl Bəhyə dağının ətəklərində, yaz-yay aylarında gur sulu Qaraçayın sağ sahillərində yerləşən İkinci Nügədi kəndində göz açıb. Onun başçılıq etdiyi fermer təsərrüfatı 20 hektar sahədə çeşidli meyvələr becərib yetişdirməklə məşğuldur. Hər il bu bağlardan bol məhsul toplamağın sirlərini yaxşı bilən Bahadur boy-buxunlu, simasından səmimiyyət və mehribanlıq yağan, deyib-gülməyi sevən, səmimi əmək adamıdır.

Bahadur Əhmədov İkinci Nügədi kənd orta məktəbində uzun illər əmək və fiziki təlim fənnindən dərs deyən Adəm müəllimin oğludur. Atası onu və qardaşını hələ uşaq yaşlarından halal əməyə dərin sevgi, hörmət ruhunda tərbiyə verərək böyüdüb. Onun rəhbəri olduğu fermer təsərrüfatındakı sahələrdə göz oxşayan barlı-bərəkətli meyvə, gilas və gavalı bağlarına baxaraq heyran qalmamaq qeyri-mümkündür.

O, bu bağlara ilk gündən meyil salıb, ilin bütün fəsillərində, demək olar ki, hər gün yağışa, qara, şaxtaya fikir vermədən, bağların, buradakı ağacların hər birinin “görüşü”nə gəlib. Alma, armud, gilas ağacları erkən yazda gül açanda dünyalar qədər sevinib, bağın barını-bəhərini artırmaq üçün hər bir bitkiyə ayrıca qayğı, qulluq göstərib, torpağın vaxtında suvarılmasına, sahələrin məqamında gübrələnməsinə fikir verib. İllər keçdikcə, nisbətən gənc olmasına rəğmən, rayonda ən səriştəli fermerlərdən biri kimi tanınıb, həmkarları arasında biliyi, səriştəsi ilə hörmət-izzət qazanıb. Amma heç vaxt atasının ona təlqin etdiyi kimi, özünü öyməyib, hər zaman biliklərini artırmağa çalışıb.

Bahadur həm də səmimi, mehriban həmsöhbətdir. İyun ayının 24-də saat 12 radələrində onunla bağda görüşən anlarda hava çox xoş idi. Əvvəlcə, fermerin təxminən 7-8 il əvvəl saldığı gilas bağlarını gəzdik. Günəşin hərarətini canına hopdurub budaqlardan sallanan iri gilasları görüb sevindim. Fermerin bağlarda builki əməyi də öz bəhrəsini verib. Meyvəçi qızlar isə böyük həvəslə məhsulu toplamaqla məşğul idilər.

Söhbət Qubada keçirilən zona müşavirəsindən düşdü. Bahadur Əhmədov fəxrlə dedi:

– Qubadakı zona müavirəsinin iştirakçısı olmuşam. Sağ olsunlar, toplantının sonunda biz fermerlərə arzu, təkliflərimizi bildirmək üçün şərait yaratdılar. Mən 2 təkliflə çıxış etdim. Birincisi, qeyd etdim ki, bəzən fermerlər sahələrdə zəruri tikinti işləri həyata keçirməli olurlar. Bu zaman həmin obyektlərə elektrik xətləri çəkmək lazım gəlir. Bununla bağlı hazırkı tariflər isə yüksəkdir. Bunun üçün fermerlərə müəyyən güzəştlər edilməlidir.

– Bəs ikinci təklifin nə ilə bağlı idi?

– Qoy hələ birinci təklifimlə bağlı fikrimi başa çatdırım. Təsəvvür edirsiniz, bu günlərdə möhtərəm Prezidentin bu məsələ ilə bağlı sərəncamı çıxıb. Sənəddə qeyd olunur ki, 2027-ci il yanvarın 1-dən bu məsələdə fermerlərə güzəştlər tətbiq ediləcək. Mən möhtərəm dövlət başçısına buna görə son dərəcə minnətdaram. Yaxın vaxtlarda biz öz fermer təsərrüfatımızda ayrıca iri meyvə soyuducu anbar inşa etdirmək istəyirik. Bu sərəncamdan sonra artıq bağlara elektrik xətlərinin çəkilməsi ilə bağlı xərclərimiz xeyli azalacaq.

Bahadur Əhmədov sonra növbəti sualımı gözləmədən ikinci təklifini də dedi:

– Bilirsinizmi, hazırkı qanunvericiliyə görə, sahələrə dolu düşən zaman fermerlərə müəyyən güzəştlər edilir. Bu il şimal zonasında hava çox yağıntılı keçib. Bizdə bağların örtüklənməsinə kəskin ehtiyac var. Müşavirədə xahiş etdim ki, yağışla bağlı da şimal zonasındakı fermerlərə subsidiyalar ayrılsın.

Bahadur Əhmədov ümud edir ki, müvafiq qurumlar bu məsələdə də fermerlərin çətinliklərini nəzərə alacaqlar və problem öz mübət həllini tapacaq.

Fermer bizimlə söhbətin sonunda möhtərəm Prezidentimizin rəhbərliyi ilə aqrar sektorda görülən işləri diqqətlə izlədiyini, ölkəmizin digər sahələrdə olduğu kimi, bu istiqamətdə də ciddi irəliləyişlər əldə edəcəyinə zərrə qədər şübhə etmədiyini əminliklə bildirdi:

– Prezident İlham Əliyev hansı işi irəli çəkirsə, orada uğur, qələbə qazanılıb. Dövlətimizin fermerlərə hərtərəfli və əməli dəstəyi imkanlarımızı daha da genişləndirir.

Bahadur Əhmədovdan hazırda ən böyük arzusunun nə olduğunu soruşdum. Sualım ürəyincə oldu:

– Qazandığımız uğurlarla dövlət başçısını razı salmaqdan böyük nə ola bilər? Mənim və aqrar sektorda çalışan bütün bağban və fermerlərin uğurları, ilk növbədə, dövlətimizin, şəxsən ölkə başçısının müdrik siyasətinin nəticəsində mümkün olub. Bu gün insanlar halal zəhmətlə ailələrini dolandırırlar. Buna görə, möhtərəm Prezidentə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Məsaim ABDULLAYEV
XQ
Quba

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 İyun 2026 02:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see367

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see278

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see234

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see217

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see216

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see209

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see200

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see196

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see192

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see187

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see180

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see175

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see170

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see160

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see157

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see157

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see156

Azərbaycanda general vəfat etdi FOTO

16 Avqust 2026 12:16see155

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see151

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri