Qubanın kənd yolunda təhlükəli vəziyyət yaranıb
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Quba, 18 iyun, AZƏRTAC
Qubanın 1-ci Nügədi kəndinin Almaz Qazmalar yaşayış massivini rayon mərkəzi ilə birləşdirən yolda təhlükəli vəziyyət yaranıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mart-aprel aylarında leysan yağışları zamanı yaranan sel suları çay dərəsi üzərindəki suötürücünü dağıdıb, yolun hərəkət hissəsi çöküb. Suötürücünün üzərindəki avtomobil yolu yararsız hala düşdüyündən nəqliyyatın hərəkəti üçün təhlükəli vəziyyət yaranıb. Yolda intensiv hərəkət olduğundan suötürücünün ətrafı hər keçən gün daha çox çökməyə məruz qalır.
Sürücülər bildirirlər ki, keçidin hər an tamamilə çökmə ehtimalı olduğundan buradan keçmək təhlükəlidir. Amma yaşayış massivinə aparan alternativ yol uzaq olduğundan, sakinlər daha çox bu istiqamətdən istifadə edirlər. Yaşayış massivində yüzə yaxın ev var.
Quba Rayon İcra Hakimiyyəti başçısının 1-ci Nügədi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Ceyhun Qədirov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ərazidəki vəziyyətlə bağlı aidiyyəti dövlət qurumlarına müraciət olunub. Rayon Fövqəladə Hallar Komissiyasının və digər müvafiq təşkilatların nümayəndələri əraziyə baxış keçirib, akt tərtib olunub. Sel sularının təsiri ilə dağılan suötürücünün yenilənməsi nəzərdə tutulur.
Müxbir - Elxan Yusifli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 18 İyun 2026 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















