Icma.az
close
up
RU
Статья не опубликована
Qüdrət Həsənquliyevdən hərbiçilərlə bağlı önəmli təkliflər

Qüdrət Həsənquliyevdən hərbiçilərlə bağlı önəmli təkliflər

Aznews.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında təkliflərlə çıxış edib.

AzNews.az xəbər verir ki, millət vəkili bildirib:

“Hörmətli sədr, mən ilk növbədə sizi İtaliyaya növbəti uğurlu səfər münasibətilə təbrik edirəm və daha böyük nailiyyətlər arzulayıram. Bu gün bizim iki həmkarımızın, Pərvin xanım və Nurlan Həsənovun doğum günüdür, onları da təbrik edirəm. Sabah isə böyük sənətkarımız və dövlət xadimi Polad Bülbüloğlunun 80 illiyidir, bu münasibətlə də onu təbrik edir və uğurlar arzulayıram.

Biz Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağda möhtəşəm uğura imza atdıq, qara yaranı kəsdik, Azərbaycan xalqının qüruru bərpa olundu, ordumuz xalqımızın başını ucaltdı”.

Millət vəkili diqqətə çatdırıb ki, zaman keçdikcə bu qələbənin möhtəşəmliyi daha aydın görsənir:

“Ona görə də biz, hərbçilərimizin müraciətlərinə son dərəcə diqqətlə yanaşmalıyıq. Hörmətli sədr, çoxsaylı hərbçilərimiz-Sərhəd Xidməti və daxili qoşunlarda hərbi xidmət keçmiş şəxslər sizə də, mənə də, bizim komitənin sədri Azru Nağıyevə də müraciət ediblər ki, onlar silahlı qüvvələrin tərkib hissəsi olsalar da “Hərbi qulluqçuların statusu haqqında” qanuna, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə görə, 20 il xidmətdən sonra onların mənzillə təmin olunma hüququ olsa da, onlara mənzil verilmir, yalnız Azərbaycan ordusunda hərbi xidmət keçən hərbçilərə verilir.

Milli Məclisin 2025-ci il yaz sessiyasının qanunvericilik işləri planında bir çox mühüm qanun layihəsi təqdim olunacaq. Bunlardan biri də “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsidir. Hesab edirəm ki, bu qanun layihəsi hazırlanarkən həm də “Silahlı qüvvələr haqqında” qanuna, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə də diqqət yetirilməlidir. Hərbçilərlə bağlı bütün bu problemləri aradan qaldırılması üçün, qanunlara dəyişiklik ediləndə hansısa anlaşılmazlıqlar olmasın deyə, onlarla müqavilə imzalanmalıdır. Müqavilənin nümunə forması da həmin qanunlardan birinə-“Silahlı qüvvələr haqqında” qanuna əlavə edilməlidir. Hətta şəxs hərb peşəsini seçəndə bilməlidir ki, o 20 il xidmətdən sonra mənzillə təmin olunacaq, həyatını itirsə və yaxud yaralansa onun ailəsi nə qədər vəsait alacaq, hansı imtiyazları, hansı üstünlükləri var, əməkhaqqı necə indeksləşdiriləcək. Ona görə də, öncədən qeyd etmək istəyirəm ki, hərbçilərlə əmək müqaviləsi bağlanılması məsələsini qanunvericiliyə gətirsək, bütün məsələlər öz həllini tapar və heç bir problem olmaz. Mübahisə olacağı təqdirdə isə onların məhkəmələrə müraciət etmək hüququ yaranacaq”.

Millət vəkili digər bir məsələ ilə bağlı da təkliflə çıxış edib: “Konstitusiyanın tərkib hissəsi olan “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun 92-ci maddəsinə görə “Normativ hüquqi aktların icrasına nəzarət və yoxlanılması normayaratma orqanları (vəzifəli şəxslər, burada söhbət həm də deputatlardan gedir) və müvafiq normativ hüquqi aktlarda nəzərdə tutulmuş xüsusi orqanlar (şəxslər) tərəfindən həyata keçirilir”.

Amma biz, real həyatda görürük ki, faktiki surətdə qanunların icrasına nəzarət mexanizmi yoxdur. Ona görə də, bununla əlaqədar olaraq ayrıca qanun qəbul olunmalıdır. Məsələn Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsini götürək. Milli Məclisin daxili nizamnaməsinin 39-cu maddəsinə görə, ümumiyyətlə millət vəkillərinə dövlət və kommersiya sirri, yaxud qanunla qorunan başqa məxfi məlumatlar göndərilmir, verilmir. Belə olduğu halda məsələn biz komitə olaraq büdcə vəsaitlərinin xəsrclənməsinə necə nəzarət edə bilərik?

İnkişaf etmiş başqa ölkələrdə silahların alınması, satışı, müdafiə və təhlükəsizlik xərclərinin necə istifadə olunması ilə bağlı müvafiq komitələrdə ciddi müzakirələr gedir və onların razılığı ilə bunlar həyata keçirilir. Hesab edirəm ki, dövlət idarəetməsində şəffaflığın artırılması, aparılan islahatlarda Prezidentə dəstək olmaq üçün belə bir qanunun qəbul olunmasına da ehtiyac var”.

AzNews.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 03 Fevral 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see251

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see239

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see233

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see209

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see176

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see156

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see153

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see146

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see145

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see143

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see141

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see138

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see137

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see135

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see134

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see133

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see133

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri