Qüdrət yenidən Moskvada “Məhəllə”dəki bəzi səhnələri təkrarladı VİDEO
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan kinosunun sevilən ekran işlərindən olan "Məhəllə" filminin əsas qəhrəmanlarından biri, tanınmış aktyor Rafael İsgəndərov izləyicilərini keçmişə aparıb.
Bizim.Media xəbər verir ki, filmdəki "Qüdrət" obrazı ilə könüllərdə taxt quran aktyor, ekran işinin bəzi yaddaqalan səhnələrinin çəkildiyi Rusiya paytaxtı Moskvaya yollanıb.
Rafael İsgəndərov filmin çəkilişlərindən illər keçməsinə baxmayaraq, yaddaşlarda iz qoyan məkanları tək-tək ziyarət edib. O, çəkilişlərin baş tutduğu konkret nöqtələri taparaq, həmin yerlərin hazırkı görüntülərini kameraya alıb.
Sosial şəbəkələrdə paylaşılan bu görüntülər qısa zamanda minlərlə bəyənmə və şərh toplayıb. İstifadəçilər "Məhəllə" filminin Azərbaycan kinosu üçün əvəzolunmaz olduğunu vurğulayaraq, aktyora bu xoş xatirələri canlandırdığı üçün təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, "Məhəllə" filmi 2003-cü ildə ekranlara çıxıb və baş rollarda Rafael İsgəndərovla yanaşı, Coşqun Rəhimov, Tahir İmanov, Cabir İmanov və digər ulduzlar yer alıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 23 Aprel 2026 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















