Icma.az
close
up
RU
Qulamhüseyn Əlibəyli: “Paşinyan buna görə konstitusiya dəyişikliyinə...”

Qulamhüseyn Əlibəyli: “Paşinyan buna görə konstitusiya dəyişikliyinə...”

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“Təqaüddə olan amerikalı fəlsəfə doktoru, Atlantik Şurasının geosiyasi analitiki Riç Outzen yeni bir təklif irəli sürüb”.

“Cebheinfo.az” xəbər verir ki, bu sözləri politoloq Qulamhüseyn Əlibəyli deyib.

O bildirib ki, Outzenin təklifinə əsasən Ermənistan Konstitusiyasının dəyişdirilməsi barədə Azərbaycanın tələbi Nikol Paşinyan üçün ciddi siyasi risk yaradır:

“O hesab edir ki, məsələnin daha ağıllı və daha real həll yolu ABŞ-nin Ermənistanı Konstitusiyaya uyğun şəkildə və onunla ziddiyyət təşkil etməyən, açıq şəkildə ərazi iddialarının olmadığını və irredentizmin (İrredentizm başqa dövlətin ərazisini tarixən, etnik və mədəni cəhətdən öz ərazisi hesab edərək onu geri qaytarmağa yönəlik siyasətdir) tamamilə rədd edildiyini göstərən ayrıca bir saziş hazırlamağa təşviq etməsi ola bilər.

Bu variant ilk baxışda cəlbedici görünə bilər. Lakin mövcud problemi həll etmir və məqbul sayıla bilməz. Belə ki, Ermənistanın Konstitusiyasında dəyişiklik edilmədən 2 dövlət arasında açıq şəkildə ərazi iddialarının olmadığını və irredentizmin tamamilə rədd edildiyini göstərən ayrıca bir saziş imzalanması təklif olunur”.

Onun sözlərinə görə, bu da mahiyyət etibarilə Azərbaycana qarşı konkret ərazi iddialarına əsas verən Ermənistan Konstitusiyasının müddəaların, həbelə Qarabağ ərazisinin Ermənistana birləşdirilməsi haqqında Ermənistan Ali Sovetinin qərarının və Ermənistanın Müstəqillik Bəyannaməsinin həmin qərara istinad edərək orada göstərilənləri erməni xalqının milli hədəflərindən biri kimi elan edən müddəalarının qüvvədə qalması deməkdir: 

“Həm də nəzərə alınmalıdır ki, Ermənistan Konstitusiyasında təkcə Azərbaycana qarşı deyil, qardaş Türkiyəyə qarşı da ərazi iddialarına əsas verən müddəalar var.

Ona görə də Ermənistan Konstitusiyasının hazırkı mətninin və göstərilən sənədlərin qüvvədə qalması Ermənistanın açıq şəkildə Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının olduğunu hüquqi cəhətdən təsbit edir və revanşistlərin öz maraqlarına uyğun irredentizm siyasətə üçün həmişə hüquqi əsas yaradır.

Təklif olunan kimi açıq şəkildə ərazi iddialarının olmadığını və irredentizmin tamamilə rədd edildiyini göstərən ayrıca bir saziş imzalanması bu vəziyyəti hər hansı bir formada aradan qaldırmağa kömək etmir. Çünki istənilən saziş Konstitusiyaya bərabər tutula və ya Konstitusiyadan üstün hüquqi qüvvəyə malik ola bilməz”.

O qeyd edib ki, Ermənistan hökuməti və revanşistlər istənilən zaman həmin sazişi Konstitusiyaya zidd hesab edib Azərbaycana qarşı ərazi iddiaları yenidən irəli sürüb təcavüzkar siyasətlərini davam etdirə bilərlər: 

“Digər tərəfdən, Ermənistan cəmiyyətində Azərbaycan və Türkiyə ilə münasibətlərin normalaşması əliyhinə olan rəy üstünlük təşkiil edir. Ona görə də Konstitusiya dəyişikliklərinə getməyin, xüsusən də gözlənilən parlament seçkiləri ərəfəsində Paşinyan üçün ciddi siyasi risk yaratması fikri ilə razılaşmaq olar.

Paşinyan da bunu çox gözəl başa düşdüyü üçün Konstitusiya dəyişikliklərinə tələsmir. Məsələnin həllində ilkin addım kimi, Qarabağ ərazisinin Ermənistana birləşdirilməsi haqqında Ermənistan Ali Sovetinin qərarının ləğv edilməsi və Erməniistanın Müstəqillik Bəyannaməsindən həmin qərara istinad edərək orada göstərilənləri erməni xalqının milli hədəflərindən biri kimi elan edən müddəaların çıxarılması ola bilər”.

Politoloq diqqətə çatdırıb ki, hər iki sənəd Ermənistanın ovaxtkı Ali Soveti tərəfindən qəbul edilib və Paşinyanın üstünlüyü olan hazırkı parlament müvafiq qərarı ləğv edə və həmin qərara istinadı Müstəqillik Bəyannaməsindən çıxara bilər: 

“Həmçinin, Ermənistanın Konstitusiya Məhkəməsi həmin qərarı və Müstəqillik Bəyannaməsində ona istinadı etibarsız saya bilər.
Bu baxımdan, regionda sülh və təhlükəsizliyə, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığa nail olmaq üçün Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının hüquqi əsas yaradan müddəaların Ermənistan qanunvericiliyində çıxarılmasını təşviq etmək Tramp administrasiyası edə biləcəyi, həm də etməli olduğu bir addım hesab oluna bilər”.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Noyabr 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri