Icma.az
close
up
RU
Qulamhüseyn Əlibəyli: “Paşinyana inanmaq olmaz ”

Qulamhüseyn Əlibəyli: “Paşinyana inanmaq olmaz ”

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Ermənistan son zamanlar dünya miqyasında Azərbaycan əleyhinə informasiya müharibəsi aparmağa başlayıb”. 

Bu sözləri politoloq Qulamhüseyn Əlibəyli “Cebheinfo.az”-a açıqlamasında deyib. 

O bildirib ki, rəsmi İrəvan Azərbaycana “təcavüzkar” kimi qiymət verilməsinə çalışır: “Bu istiqamətdə beynəlxalq təşkilatlarda və Avropa dövlətlərində ölkəmiz əleyhinə qətnamə qəbul etdirmək istəyirlər. Ermənistan bu yolla beynəlxalq aləmdə Azərbaycanı nüfuzdan salaraq, özünü “sülhpərvər” kimi qələmə vermək istəyir. Bu arqumentlərdən biri də Azərbaycanın hücumu nəticəsində yeni müharibənin olacağı idi”. 

Ekspert diqqətə çatdırıb ki, İrəvan hakimiyyəti tərəfindən vaxtaşırı olaraq bu iddia gündəmə gətirilirdi: “Üstəlik, son zamanlar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanma ehtimalı artıqca bu iddiaları daha da gücləndirdilər. Bu isə daha çox Ermənistanın rəsmi kanalları vasitəsi ilə yayılırdı. Rəsmi İrəvan bu addımı ilə həm Ermənistan cəmiyyətində xof yaratmaq, həm də Azərbaycan haqqında mənfi imic formalaşdırmağa nail olmaq istəyirdi”. 

Politoloq Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla yeni müharibə olmayacağına dair açıqlamasına da münasibət bildirib: 

“Görünən odur ki, İrəvan hökuməti artıq bu və ya digər formada üçüncü müharibə fikrini geri çəkmək istəyir. Paşinyanın parlamentdəki son çıxışının da bununla əlaqəli olduğunu düşünürəm. O, həm də Ermənistanın müharibə etmək niyyətində olmadığını deməklə, hər şeyi Azərbaycanın üzərinə yıxmağa çalışır. Bəlkə də, Ermənistan bir qədər zaman qazanmaq üçün bu üsuldan istifadə edir”. 

Qulamhüseyn Əlibəyli hesab edir ki, Paşinyan açıqlamalarında səmimi deyil: 

“Hər zaman olduğu kimi, Nikol Paşinyanın açıqlamalarının səmimi olduğuna inanmıram. Çünki onun açıqlamaları səmimi xarakter daşımır. Paşinyan həmişə hansısa məqsədləri nəzərdə tutaraq açıqlamalar verir. O, ya ölkəsində, ya da beynəlxalq aləmdə olan siyasi vəziyyəti nəzərdə tutur. Ümumiyyətlə, Paşinyan səmimi siyasətçi olmadığına görə onun sözlərinə də inanmaq doğru deyil”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Qulamhüseyn Əlibəyli Nikol Paşinyan Azərbaycan Ermənistan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Aprel 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri