Icma.az
close
up
RU
Qulamhüseyn Əlibəyli: “Moskva “Qarabağ kartı” ilə...”

Qulamhüseyn Əlibəyli: “Moskva “Qarabağ kartı” ilə...”

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Son günlərdə bəzi rus şovinistlər Qarabağla bağlı sərsəm iddialar səsləndirirlər.

Onlardan biri də Rusiyanın məşhur “Exo Moskvı” radiosunun keçmiş baş redaktoru Aleksey Venediktovdur.

O, İrəvanda bir müsahibəsində belə deyib:

“Əgər Qarbağ müharibəsinin bitdiyini hesab edirsinizsə, səhv edirsiniz, çünki müharibə beyinlərdə qalır. Moskva hər zaman erməniləri özünə daha yaxın hesab edib”.

Maraqlıdır ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının gözlənildiyi bir vaxtda Rusiyadakı bəzi dairələr yenidən təxribatlara əl atırlar. 

Üstəlik, Ermənistanda gələn il keçiriləcək parlament seçkiləri öncəsi belə bəyanatlar səsləndirmək oradakı revanşistlərə birbaşa dəstək xarakteri də daşıyır...

Politoloq Qulamhüseyn Əlibəyli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Rusiyadakı şovinistlərin belə sözləri Ermənistandakı revanşistlərə dəstəyə hesablanıb:

“Çünki Ermənistan cəmiyyətində hələ də revanşizm əhval-ruhiyyəsi çox güclüdür. Hətta bu, müəyyən siyasi dairələrdə belə ifadə olunur. Rusiya isə jurnalistlərin əli ilə müəyyən mesajlar verir.

Onlar erməni cəmiyyətinə çatdırmaq istəyirlər ki, Nikol Paşinyan hakimiyyətdən gedəcəyi təqdirdə, guya Rusiya Azərbaycana qarşı hansısa addımlar atmağa çalışa bilər. Yəni bu tip açıqlamaların artmasının səbəbi budur”.

Ekspert xatırladıb ki, bəzən Rusiya hakimiyyət dairələri də bu mövqedən çıxış edirlər:

“Hətta Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ölkəsinin yenidən Azərbaycanla Ermənistan arasında vasitəçi rolunu üzərinə götürməyə hazır olduğunu deyib. 

Əlbəttə ki, bu bəyanat da kifayət qədər gülünc xarakter daşıyır. Artıq Rusiyanın iştirakı olmadan Azərbaycanla Ermənistan razılığa gəliblər. Üstəlik, bu razılıq ABŞ Prezidenti səviyyəsində təsdiq olunub.

Hesab edirəm ki, rusların bu mövqeyi heç nəyi dəyişməyəcək. Bunu Kremlin çarəsizlikdən irəli gələn addımları kimi dəyərləndirmək lazımdır”.

Onun sözlərinə görə, Rusiya hakimiyyəti artıq bu mövqeyi ortaya qoyduğu üçün jurnalistlər bununla bağlı daha fəallıq göstərirlər:

“Çünki hakimiyyət təkcə Azərbaycana qarşı yox, daha çox Ermənistanda vəziyyəti qarışdırmaq və orada hakimiyyət dəyişikliyinə nail olmaq istəyir. Kreml başa düşür ki, artıq Azərbaycanda təsir rıçaqları yoxdur.

Bu səbəbdən də Rusiya ölkəmizə təsir göstərə bilməz. Moskva sadəcə olaraq “Qarabağ kartı” ilə Ermənistanda hakimiyyət dəyişikliyinə müəyyən qədər təsir göstərə bilər”.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Rusiya Qarabağ revanşizm

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:295
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Noyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri