Icma.az
close
up
RU
Qulaqcıqdan necə istifadə etməli?

Qulaqcıqdan necə istifadə etməli?

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İnsanlar arasında qulaqcıqlardan istifadə edənlərin sayı günü-gündən artır. Xüsusilə də gənclər buna daha çox meyl göstərirlər.

Ətraf mühitdən təcrid olunmaq, əlavə səs-küydən yaxa qurtarmaq istəyənlər, ən real çıxış yolunu qulaqcıqlarda tapırlar. İctimai nəqliyyat vasitələrində, küçədə, hətta işdə belə, qulaqcıqlardan istifadə edənlərə tez-tez rast gəlirik. Bəzən belə bir hal da müşahidə edirik ki, qulaqcıq vasitəsi ilə dinlənilən musiqini kənardan da eşitmək mümkün olur. Bu, bəzən ətrafdakı insanları da narahat edir. Hazırda satışda texniki normalara cavab verməyən və istehsal mənbəyi bilinməyən qulaqcıqlar satılır ki, onlardan istifadə etmək, birmənalı şəkildə, düzgün deyil.

Ümumiyyətlə, qulaqcıqlardan uzun müddət istifadə daxili gərginlik yaradır ki, bu da qan təzyiqinin yüksəlməsinə və baş ağrılarına səbəb olur. Maraqlıdır, qulaqcıqların başqa hansı mənfi təsirləri var, uzun müddət qulaqcıqdan istifadə etdikdə, hansı fəsadlar ortaya çıxa bilər?

Lor cərrah Şəfa Həsənova deyir ki, qulaq xarici, orta və daxili hissədən ibarətdir: "Xarici və orta qulağı təbil pərdəsi ayırır. Xaricdən gələn səslər təbil pərdəsini titrədir, orta qulaqdakı sümüklərə, daha sonra isə daxili qulağa ötürür. Yəni səs normalda belə yaranır. Yüksək səslə qulaqcıqlardan istifadə edən gənclərdə təbil pərdəsi daim gərgin vəziyyətdə olur. Bu da gələcəkdə bir sıra fəsadların yaranmasına səbəb olur. Xüsusilə də eşitmənin zəifləməsinə gətirib çıxara bilər. Musiqi dinləyərkən səsi yüksək tutmamaq və gün ərzində maksimum 1 saat qulaq asmaq məsləhətdir. Bəzi gənclərimiz gecə yatarkən də qulaqcıqla musiqi dinləyərək yuxuya gedirlər. Bu, heç düzgün deyil. Uzun müddət qulaqcıqlardan istifadə qulağa ziyandır. Bundan başqa bəzi gənclərimiz yol keçərkən qulaqcıqda olurlar. Bu da düzgün deyil. Çünki bu, bir sıra faciələrə gətirib çıxara bilər. Yəni həm diqqətləri dağınıq olur, həm də maşın səslərini eşitmirlər və bu, qəza hadisələrinin baş verməsinə səbəb ola bilər. Ona görə də, gənclərə məsləhət görərdim ki, yolda olarkən qulaqcıqlardan istifadə etməsinlər". (Kaspi.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Fevral 2026 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see509

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see461

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see359

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see300

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see296

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see284

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see267

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see244

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see239

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see232

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see228

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see222

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see220

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see215

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see210

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see198

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see186

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri