Icma.az
close
up
RU
Qulaqcıqdan necə istifadə etməli?

Qulaqcıqdan necə istifadə etməli?

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İnsanlar arasında qulaqcıqlardan istifadə edənlərin sayı günü-gündən artır. Xüsusilə də gənclər buna daha çox meyl göstərirlər.

Ətraf mühitdən təcrid olunmaq, əlavə səs-küydən yaxa qurtarmaq istəyənlər, ən real çıxış yolunu qulaqcıqlarda tapırlar. İctimai nəqliyyat vasitələrində, küçədə, hətta işdə belə, qulaqcıqlardan istifadə edənlərə tez-tez rast gəlirik. Bəzən belə bir hal da müşahidə edirik ki, qulaqcıq vasitəsi ilə dinlənilən musiqini kənardan da eşitmək mümkün olur. Bu, bəzən ətrafdakı insanları da narahat edir. Hazırda satışda texniki normalara cavab verməyən və istehsal mənbəyi bilinməyən qulaqcıqlar satılır ki, onlardan istifadə etmək, birmənalı şəkildə, düzgün deyil.

Ümumiyyətlə, qulaqcıqlardan uzun müddət istifadə daxili gərginlik yaradır ki, bu da qan təzyiqinin yüksəlməsinə və baş ağrılarına səbəb olur. Maraqlıdır, qulaqcıqların başqa hansı mənfi təsirləri var, uzun müddət qulaqcıqdan istifadə etdikdə, hansı fəsadlar ortaya çıxa bilər?

Lor cərrah Şəfa Həsənova deyir ki, qulaq xarici, orta və daxili hissədən ibarətdir: "Xarici və orta qulağı təbil pərdəsi ayırır. Xaricdən gələn səslər təbil pərdəsini titrədir, orta qulaqdakı sümüklərə, daha sonra isə daxili qulağa ötürür. Yəni səs normalda belə yaranır. Yüksək səslə qulaqcıqlardan istifadə edən gənclərdə təbil pərdəsi daim gərgin vəziyyətdə olur. Bu da gələcəkdə bir sıra fəsadların yaranmasına səbəb olur. Xüsusilə də eşitmənin zəifləməsinə gətirib çıxara bilər. Musiqi dinləyərkən səsi yüksək tutmamaq və gün ərzində maksimum 1 saat qulaq asmaq məsləhətdir. Bəzi gənclərimiz gecə yatarkən də qulaqcıqla musiqi dinləyərək yuxuya gedirlər. Bu, heç düzgün deyil.  Uzun müddət qulaqcıqlardan istifadə qulağa ziyandır. Bundan başqa bəzi gənclərimiz yol keçərkən qulaqcıqda olurlar. Bu da düzgün deyil. Çünki bu, bir sıra faciələrə gətirib çıxara bilər. Yəni həm diqqətləri dağınıq olur, həm də maşın səslərini eşitmirlər və bu, qəza hadisələrinin baş verməsinə səbəb ola bilər. Ona görə də, gənclərə məsləhət görərdim ki, yolda olarkən qulaqcıqlardan istifadə etməsinlər".

Kaspi.az

,

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri