Icma.az
close
up
RU
İtaliyanın nağıllar aləmi Komodan REPORTAJ

İtaliyanın nağıllar aləmi Komodan REPORTAJ

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İtaliyanın mənzərəli şəhərlərindən olan Komo həm də mədəniyyət və incəsənət mərkəzi kimi məşhurdur.

İmperatorluq dövrünün izlərini daşıyan bu şəhərdə teatrın, rəssamlığın və klassik musiqinin inkişafına böyük önəm verilib.

Musiqidən söz düşmüşkən, İtaliyanı bütün dünyada məşhur edən opera sənəti Komodan da yan keçməyib. Bu şəhərdəki "Teatro Sociale di Como"da məşhur vokalist, soprano Eleonora Burattonun fortepianoçı Davide Cavalli ilə birgə etdiyi “Kəpənək Qala” konserti ziyarətçilər arasında sevilir. Gecənin aparıcısı məşhur italyan müğənnisi, komediyaçı, aktyor və musiqiçi Elio ləqəbli Stefano Belisaridir.

Yeri gəlmişkən, teatrın binasını 1813-cü ildə memar Cüzeppe Kusi neo-qotik üslubda tikib, bina 1855-ci ildə genişləndirilib. 1980-ci illərin ortalarında isə burada genişmiqyaslı yenidənqurma işləri aparılıb, nəticədə 900 yerlik bina, kütləvi sütunlu beş pilləli və strukturun monumental neoklassik fasadı tikilib. Teatr Komoya istirahətə gələnlər üçün mədəni əyləncə yerinə çevrilib.

Komo həm də möhtəşəm malikanələri ilə tanınır. Həmin villalara ancaq qayıqlarla getmək olur. Bunlardan biri olan "Villa d`Este" Komo gölünün cənub-qərbində, Çernobbio şəhərciyində yerləşir. Əfsanəvi otel XVI əsrdə inşa olunub və 1873-cü ilə qədər kardinal Tolomeo Qallionun üçüncü iqamətgahı olub. Burada müxtəlif vaxtlarda Belçika kralı Leopold, Hollandiya kraliçası Beatriks, bəstəkar Cüzeppe Verdi, kinorejissor və produser Alfred Hiçkok, musiqiçi Pol Makkartni, aktyor Arnold Şvartsnegger və modelyer İv Sen-Loran bu oteldə qonaq olublar.

Çernobbioda keçmiş Santa-Mariya Assunta di Çernobbio monastırının yerində (onun haqqında ilk qeydlər XV əsrə aiddir) daha bir məşhur malikanə - Villa Erba yerləşir. Onu əczaçılıq maqnatı Luici Erba inşa etdirib, sonradan malikanə onun xələflərinə qalıb, Bunlardan biri məşhur rejissor Lukino Viskontidir. 2004-cü ildə isə bu villa “Ouşenin on iki dostu” filmi üçün çəkiliş meydanına çevrilib.

"Gucci evi" filminin çəkildiyi yer “Villa Balbiano” villası isə Komo gölünün qərbində yerləşir. Malikanə 16-cı əsrin sonunda onu tikdirmiş və əsas iqamətgahı kimi istifadə edən məşhur kardinal Tolomeo Qallionun adı bağlı müstəsna tarixi saraydır. Bir əsr sonra villanı kardinal Angelo Maria Durini genişləndirib. Məqsəd burada festivallar, ziyafətlər və rəqs gecələri təşkil etmək olub. Villada altı dəbdəbəli otaq var. Hər otağı məşhur interyer-dekorator Jak Qarsiya xüsusi dizayn edib. Ətrafda heykəllər və fəvvarələr var.

Komoda geniş istifadə edilən qayıqlar tarixən ən işlək nəqliyyat vasitəsi olub. Onlarla bu şəhərə qida çatdırıblar. Bir neçə əsr bundan əvvəl dünyanın ən yaxşı ustaları Komoya toplaşaraq dünyanın yaxşı qayıqlarını düzəldiblər və şəhəri bir növ qayıqların vətəninə çeviriblər. Bu həm də Komoya gələn zadəgan nəslinin nümayəndələri üçün bir əyləncə vasitəsi idi.

Komodakı “Museo della Barca Lariana" Avropanın ən möhtəşəm qayıq muzeylərindən biridir. Muzey 1982-ci ildə 19-cu əsrdən qalma iplik fabrikində yaradılıb və Komo gölündə gəmiçiliyin tarixinə həsr olunub. Buranı ziyarət etmək istəyənlər 6 avrodan keçməlidir. Muzeyin kolleksiyasına yüzlərlə tarixi qayıq, o cümlədən avarçəkənlər, qandolalar, balıqçılıq, ovçuluq və qaçaqmalçılıq qayıqları, daxili və xarici motorlu qayıqlar, sərnişin daşınması üçün buxar qayıqları, üç nöqtəli hidroplanlar və yarış katamaranları, yelkənli qayıqlar və keçmiş günlərin işçi qayıqları daxildir.

Komoda 1970-ci illərdən başlayaraq ənənəvi taxta qayıqlardan istifadə sürətlə azalıb. Çox vaxt onlar limanlarda və yaxud evlərin yaxınlığında tərk edilir, odun və yaxud tikinti materialları əldə etmək üçün sökülürdü. Yalnız keçmiş dövrün həvəskarları olan şəxslər ən maraqlı nümunələri alıb və bərpa edib.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://report.az
archiveBu xəbər 11 Yanvar 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see313

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see305

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see272

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see253

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see253

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see251

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see236

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see233

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see229

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see208

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see208

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see207

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see206

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see205

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see202

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see197

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see196

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see186

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri