Icma.az
close
up
RU
Qulu Məhərrəmli: Rusiyanın dezinformasiya fabriki çox sürətlə və güclü şəkildə işləyir

Qulu Məhərrəmli: Rusiyanın dezinformasiya fabriki çox sürətlə və güclü şəkildə işləyir

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Kreml mövcud konfliktlərdə özünü hegemon kimi aparır


Ilham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı dedikləri Rusiyanın özünün də bildiyi məsələdir


Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası Rusiya Federasiyası ərazisindən ölkəmizə qarşı kütləvi surətdə informasiya kampaniyasına start verilməsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilib ki, avqustun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi yayılandan dərhal sonra, Rusiya Federasiyası ərazisindən ölkəmizə qarşı kütləvi surətdə informasiya kampaniyasına start verilib.

"Monitorinq zamanı müəyyən edilib ki, aparıcının Zəngəzur dəhlizi ilə bağlı sualına Azərbaycan Prezidentinin tarixi faktlara əsaslanan cavabı kontekstdən çıxarılaraq saxtalaşdırılmış və ya təhrif olunmuş formada rus oxucusuna təqdim edilir.

Rusiya cəmiyyətində anti-Azərbaycan təbliğatını alovlandırmaq məqsədi ilə təşkil edilən kampaniya televiziya kanalları və xəbər saytları, sosial media platformaları və müəyyən təsiretmə roluna malik radikal mövqeli şəxslər vasitəsilə aparılır.

Kampaniyada Rusiya ərazisində fəaliyyəti qadağan edilmiş və məhdudlaşdırılmış “Facebook”, “Instagram” və “X” kimi platformalardan, habelə digər ölkə vətəndaşlarının adından yaradılan sosial media profillərindən və botlardan da geniş istifadə olunduğu müşahidə edilib.

Kampaniyada diqqət çəkən digər bir element isə Azərbaycanın sosial media seqmentinin hədəfli reklamlar vasitəsi ilə seçilməsi və orada ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı təhdidedici fikirlərin yer almasıdır.

Onu da qeyd etməliyik ki, bu cür ikrah doğuran kampaniyaların Azərbaycanda ictimai rəyə heç bir təsiri yoxdur. Bu cür fəaliyyətlər yalnız Rusiya cəmiyyətini yalan faktlara söykənərək qızışdırmağa, qonşu dövlətlərlə əsassız düşmənçiliyə sürükləyir. Rusiyanı narahat edən “rusofobiya” sindromunun köklərini “Z” blogerlərin fəaliyyətində axtarmaq lazımdır.

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya aidiyyəti dövlət qurumları ilə birgə dövlətimizə qarşı aparılan bu qeyri-dost hərəkətləri yaxından izləyir və müvafiq qabaqlayıcı tədbirləri davam etdirir", - bəyanatda deyilir.


Tanınmış jurnalist, Azərbaycan Mətbuat Şurasının Etika Komissiyasının sədri, media eksperti Qulu Məhərrəmli "Sherg.az"a bildirib ki, hazırda Rusiya təkcə Azərbaycana deyil, digər qonşularına, Avropa dövlətlərinə qarşı da müxtəlif, ən iyrənc və çirkin formalarda dezinformasiya yaymaqla, informasiya müharibəsi aparmaqla rəvac verməklə məşğuldur:


"Bu nəyə xidmət edir? Birinci növbədə, artıq Rusiya anlayır ki, bölgədə əvvəlki gücü və təsiri yoxdur. İkincisi, Kremlin Cənubi Qafqaz ölkələrini əvvəlki kimi idarə etmək, onların daxili işlərinə qarışmaq və xarici siyasətlərinə müdaxilə imkanları tükənməkdədir. Çünki Putinin “Rusiyanı qüvvətləndirmək” adı altında Ukraynaya qarşı apardığı işğalçılıq siyasəti, dağıdıcı və qanlı müharibə bütün dünya xalqlarının, o cümlədən qonşu dövlətlərin Rusiyadan üz çevirməsinə səbəb olub. Bununla yanaşı, Rusiya hələ də müəyyən gücə malikdir, xüsusilə ənənəvi olaraq dezinformasiya fabriki çox sürətlə və güclü şəkildə işləyir. Bu kontekstdə də Azərbaycana qarşı informasiya müharibəsi aparılır. Azərbaycan qonşuluq siyasətini balanslı şəkildə davam etdirir – həm Rusiyaya, həm İrana, həm də digər qonşu dövlətlərə hörmətlə yanaşır. Ermənistanla sülhə can atması, Vaşinqtonda və digər platformalarda bağlanan barış bəyannamələri Azərbaycanın nə qədər sülhpərvər dövlət olduğunu göstərir. Rusiya isə bunu həzm edə bilmir".


Ekspert əlavə edib ki, Kreml mövcud konfliktlərdə özünü hegemon kimi aparır:

"Eyni zamanda rəsmi Moskva Azərbaycanın milli dövlət statusu və müstəqilliyi ilə qəbullanmır. Həmçinin "AZAL"a məxsus təyyarənin vurulduğu üçün üzr istəmir. Nəticədə, Rusiya sərhədlərdən kənarda və ölkə daxilində, diasporaya qarşı geniş informasiya hücumları təşkil edir, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə təzyiq göstərir. 

Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı dedikləri Rusiyanın özünün də bildiyi və dəfələrlə etiraf edilmiş məsələdir. Bu reallığı nəzərə almaq lazımdır. Tarixi faktdır ki, 1920-ci ildə Bolşevik Rusiyası Azərbaycanı işğal edib və bunun üstündən keçmək mümkün deyil. Azərbaycan isə Rusiyadan münasibətlərini qaydaya salmasını və siyasətini dəyişməsini gözləyir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Sentyabr 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri