Icma.az
close
up
RU
Quluzadə: “Hədəflərimiz böyükdür”

Quluzadə: “Hədəflərimiz böyükdür”

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Azərbaycan II Liqasında 10 tur geridə qalıb.

Bu ildən çempionatda çıxış edən “Qaradağ Lökbatan” turnir cədvəlinin lideridir. Bakını təmsil edən komanda 9 qələbə qazanıb, 1 dəfə uduzub. Bu görüşlərdə 38 qol vuran lökbatanlılar qapısında 8 qol görüb. Aktivində 27 xal olan “Qaradağ Lökbatan” ən yaxın izləyicisi “Marafon”u 4 xal qabaqlayır.

Komandanın baş məşqçisi Amit Quluzadə nəticələrlə bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:

– 10 turda 27 xal qazanmısınız. Nəticələri şərh edərdiniz.
– Xoşdur ki, komandamız son 8 oyunda qələbə qazanıb. Bu qalibiyyətlər təsadüfi deyil. Məşqlərdə çalışdıqlarımızı meydanda görə bilirik.

– Ən yaxın izləyiciniz “Marafon”u 4 xal qabaqlayırsınız. Liqada rəqabətsiz olduğunuzu demək olar?
– Xal fərqimiz var, amma heç özüm turnir cədvəlinə baxmıram. Çünki hələ dövrə belə bitməyib. Mövsümün sonunda harada olacağımıza baxacağıq.

– Artıq ikinci ildir II Liqadasınız. Çempionatda hər hansı inkişaf var?
– Ötən illə bu il arasında çempionatda ciddi fərq hiss olunur. Keçən mövsüm “Xankəndi” ilə çempionluq uğrunda mübarizə aparırdıq. İndi isə 5 komanda bu yarışdadır. Bu mövsüm qızıl medallar uğrunda yarışan kollektivlər çoxdur, liqada rəqabət artıb.

– Ölkə kubokunda “İmişli” səddini aşa bilmədiniz. Yaxşı nəticə üçün nə çatmadı?
– Təcrübəsizlik və heyətin geniş olmaması məğlubiyyətə səbəb oldu. Həmin matçın son dəqiqələrində gənc futbolçuları meydana buraxdıq. Elə oyunçular var idi ki, ilk dəfə oynayırdılar. Fərdi səhvlərdən qollar buraxdıq. Bizim üçün yaxşı təcrübə oldu. Nəyi düz, nəyi səhv etdiyimizi gördük.

– Qarşınıza qoyduğunuz hədəf nədir?
– Hədəflərimiz böyükdür. Hələ mövsümün ilk hissəsidir. İndidən konkret danışmaq lazım deyil, tələsmirik. İkinci dövrənin sonlarına yaxın nələrisə gözümüzün önünə gətirə bilərik.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 11 Noyabr 2026 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see374

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see341

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see337

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see333

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see315

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see307

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see296

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see295

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see283

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see265

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see265

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see247

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see238

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see236

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see233

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see221

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see207

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see187

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri