Icma.az
close
up
RU
Qumar oyunları təşkil edənlər yenidən məhkəmə qarşısında

Qumar oyunları təşkil edənlər yenidən məhkəmə qarşısında

Icma.az, Pravda.az saytına istinadən bildirir.

Qanunsuz sahibkarlıq və qumar oyunlarının təşkilini həyata keçirməkdə təqsirləndirilən Sərxan Süleymanov, Təhmin Müslümzadə, Nicat Zülfüqarov və Nüslət Xəlilovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılır.


İttihama görə, təqsirləndirilən şəxslər - Sərxan Süleymanov, Təhmin Müslümzadə, Nicat Zülfüqarov və Nüslət Xəlilov Bakı və Xırdalan şəhərlərində idman mərc oyunları kimi fəaliyyət göstərdikləri ünvanlarda qumarxana təşkil ediblər. Oyuna qoşulmaq üçün isə vətəndaşın evdən çıxmasına ehtiyac yoxdur. Vatsap mobil tətbiqi vasitəsilə əlaqə saxlamaqla xarici mərc saytlarında oyuna qoşulmaq mümkün olub. Mühakimə edilən dəstə üzvləri bu əməlləri ilə qanunsuz sahibkarlıq və qumar oyunlarının təşkilini həyata keçiriblər. Onlar cinayətlə dövlətə 2 milyondan çox ziyan vurublar.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərə qanunsuz sahibkarlıq maddəsi ilə verilmiş ittiham əsassız hesab edilib. Nüslətə şərti, digərlərinə isə 2 il 6 aydan 3 ilə kimi azadlıqdan məhrumetmə cəzası verilib. Bundan əlavə, dəymiş ziyanın əvəzi olaraq müttəhimlərə aid 1 milyon manatdan artıq qiymətləndirilən əmlaklar üzərindəki həbs qərarı ləğv edilib. Hökmdən verilmiş protesti Bakı Apellyasiya Məhkəməsi əsaslı hesab edib. Prokuror təqsirləndirilən şəxslərə törətdikləri cinayətlərə münasibətdə yüngül cəza verildiyini hakim qarşısında bəyan edib.
Qərara əsasən, əvvəlki instansiyanın hökmü ittiham tərəfinin xeyrinə ləğv edilib. Sərxan Süleymanov, Təhmin Müslümzadə, Nicat Zülfüqarov və Nüslət Xəlilov hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib. Sonuncu məhkəmə zalında həbs edilib. Həmçinin dövlətə dəymiş ziyanın əvəzi olaraq üzərinə həbs qoyulmuş 1 milyon 324 min manatlıq əmlaklar müsadirə edilib.
Kamal Məmmədov 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://pravda.az
archiveBu xəbər 24 Fevral 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see233

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see172

Tərtərdə qəza Bir ailənin 3 üzvü xəsarət aldı

31 May 2025 20:31see157

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see142

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see136

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see133

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see128

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see127

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see126

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see124

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see124

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see123

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see121

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see116

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see116

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see115

Piastri İspaniya Qran prisinə ilk pillədən start verəcək

31 May 2025 19:49see114

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see113

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see112

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri