Icma.az
close
up
RU
Meşələri kim yandırır? Qorxunc qlobal plan KÜNCDƏN BAXIŞ

Meşələri kim yandırır? Qorxunc qlobal plan KÜNCDƏN BAXIŞ

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Elçin Bayramlı

Son illərdə dünyada meşə yanğınları artır. Planetin ağciyərləri sayılan Amazon, Sibir, Kaliforniya, Afrika meşələrinin, həmçinin Avstraliya, Türkiyə, Yunanıstan və sair ölkə meşələrinin çox böyük sahələrdə yanması planetimizin ekologiyasına sarsıdıcı zərbə vurub. Sonuncu dəfə isə Havay adaları yandırıldı. İnternetdə yayılan müşahidə kameralarının çəkilişlərində səmadan işıq şüasının yerə doğru yönəldiyi və yanğınların başladığı aydın görünür. Əvvəlki yanğınların da qəsdən törədildiyi haqda çoxsaylı faktlar aşkar olunmuşdu.

Əldə olunan bir çox faktlar bu yanğınların qəsdən törədildiyini dəqiq şəkildə sübut edir. Bəzi yerlərdə (məsələn, Türkiyədə) xətt üzrə yanğının baş verməsi o əraziyə kosmosdan peyklərlə lazer şüası verilməsi haqda ciddi iddialara səbəb olub. Həmçinin, Sibir və Amazon meşələrində yandırıcı kapsulların tapılması də, bu kapsulların ölkə üzərindən keçən təyyarələrdən səpilməsi haqda ciddi iddialar doğurub. Bir sıra hallarda meşələri qəsdən yandıran adamların ya görüntüləri aşkar olunub, ya da bu adamlar ələ keçib.

Təsəvvür edin, Türkiyədə eyni vaxtda 400-ə yaxın ərazidə meşə yanğını başlayıb. Bunun təbii surətdə olması heç nəzəri cəhətdən də mümkün deyil. Aşkar faktlar, videomateriallar var ki, bunların qəsdən törədildiyini sübut edir.

Əlbəttə, təbii səbəblərdən yanğınlar da olur, lakin bunlar ümumi yanğınların çox az bir hissəsini təşkil edir. Ehtiyatsızlıqdan yaranan yanğınlar və təbii səbəblərdən baş verən yanğınlar ümumi halların maksimum 20 faiz ola bilər. Dünya mediasında artıq bu qlobal prosesi hansı qüvvənin təşkil etdiyi haqda geniş müzakirələr gedir.

Azərbaycanda da son illərdə meşə yanğınlarının sayı artıb. Meşələrimizdə başlayan yanğınlar nəticəsində böyük ölçüdə ağaclar və otluq sahəsi yanaraq məhv olub. Həmçinin, meşədə yaşayan heyvanlar yanıb. Əlbəttə, bunların bəzilərinin qəsdən törədildiyi aşkar faktdır- məsələn, Qarabağ bölgəsində ermənilərin yandırdığı meşələri misal göstərmək olar. Lakin digər bölgələrdə də baş verən çoxsaylı yanğınlar bir çox hallarda şübhələrə səbəb olur. Bunların hamısını istilərlə, quraqlıqla əlaqələndirmək mümkün deyil. Bundan da isti və quraq illər olub, amma belə çoxsaylı yanğınlar baş verməyib. Belə çıxır ki, dünyada olduğu kimi, bizdə də bu yanğınların çoxu hansısa qüvvə tərəfindən qəsdən törədilir. Lakin bunu araşdırıb sübut etmək çox çətindir.

Təbiətdə hər zaman yanğınlar olur. Bəzən Günəşdən gələn şüalar nəticəsində quru meşələrdə yanğınların baş verdiyi müşahidə edilir. Bəzi ağaclarda müəyyən tezalışan mayelər var ki, günəş şüalarından təsirlənərək yanğına səbəb ola bilir. Lakin Azərbaycan meşələrində həmin mayelərin olduğu ağaclar demək olar ki, yoxdur. Onlar əsasən ekvatroial və tropik ölkələrdə olur. Həmçinin hadisələrin ardıcıl şəkildə baş verməsi göstərir ki, Azərbaycanda da yanğınlar qəsdən törədilir. Bunu insanların üzərinə atmaq lazım deyil. Meşənin torpaq hissəsində kiçik ocaq qalamaqla meşə yana bilməz. İnsanlar ocağı söndürməsələr belə, o öz-özünə sönəcək. Heç kim meşəni yandırmaq istəmir, hamı ocağı tam söndürür.

Artıq dünya ictimaiyyətində belə fikir formalaşıb ki, dünya meşələrini qlobal qüvvələr yandırırlar. Bir çox ölkələrdə meşələri yandırırlar, sonra yerində palma plantasiyaları yaradılır. Qlobal palma yağı istehsalının astromonik artımına baxanda aydın olur. Bundan başqa, ağaclar 5G və elektromaqnit dalğaların udulmasına səbəb olduğu üçün özünü Vahid Dünya Hökuməti adlandıran qlobalistlərə sərf etmir. Onlar dünyanın hər yerinə bu dalğaları ötürə bilmirlər.

Bu yanğınların qarşısının tam alınması mümkün deyil. Lakin biz heç olmasa bir çoxunun qarşısını ala bilərik. Bunun üçün meşə zolaqlarında, girişlərdə nəzarətçilərin sayını artırmaq lazımdır. Kameraların sayı çoxaldılmalıdır.

Onsuz da Azərbaycanın meşə fondu 10 faizdir, yəni, çox azdır. Səhra ölkələri istisna olmaqla, biz dünyada ən az meşə fonduna sahib ölkələrdən biriyik. Ona görə də mövcud meşələri qorumaq və yeni meşə sahələri yaratmaq lazımdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 İyul 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see363

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see350

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see247

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see247

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see236

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see232

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see224

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see223

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see192

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see189

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see177

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see176

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see169

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see166

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see165

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see160

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see152

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see150

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see150

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri