Icma.az
close
up
RU
"20 Yanvar"da xaos: bir zolağı avtobuslar, digərini "manatlıqlar" zəbt edib AÇIQLAMA+VİDEO

"20 Yanvar"da xaos: bir zolağı avtobuslar, digərini "manatlıqlar" zəbt edib AÇIQLAMA+VİDEO

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Tbilisi prospekti - "20 Yanvar" metrostansiyası istiqamətinə gedən üçzolaqlı yolda tıxac problemi illərdir davam edir. Son vaxtlar yolun bir zolağı avtobuslar üçün ayrıldığı üçün vəziyyət daha da mürəkkəbləşib. Belə ki, yolun digər iki zolağından birini də qeyri-qanuni sərnişindaşıma ilə məşğul olan avtomobillər zəbt edib. Nəticədə nəqliyyat vasitələri ard-arda dayanaraq sərnişin götürdüyündən yolun hərəkət hissəsi faktiki olaraq bir zolağa düşür. Bu isə Yasamal, Binəqədi və Sumqayıt istiqamətlərində ciddi tıxaclara səbəb olur. Sürücülər dəfələrlə aidiyyəti üzrə şikayət etsələr də, problem öz həllini tapmayıb.

Bakupost.az xəbər verir ki, sözügedən istiqamətdə hərəkət edən sürücülərdən problemə görə AYNA-nı günahlandırıb.

O, ybaş verənləri kameraya çəkərək paylaşıb və bu vəziyyətin həmin yoldan istifadə edən bütün sürücüləri bezdirdiyini bildirib:

“Sağ zolağı zəbt ediblər, biz artıq bezmişik. Nə qədər bunlara görə tıxac olar? Bir zolaqda avtobuslar, bir zolaqda “manatlıqlar”... Başa düşdük, çörək qazanırsız, amma belə də yox. Sən mənim vaxtımı niyə alırsan? Xahiş edirəm, aidiyyəti qurumlar buna nəzarət etsin. AYNA necə nəzarət edir, anlamıram”.

Məsələ ilə bağlı AYNA-dan Bakupost.az-a bildirilib ki, yolun zəbt edilməsi ilə bağlı problemin həlli onların səlahiyyətinə aid deyil.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli isə Bakupost.az - a açıqlamasında bildirib ki, qeyd edilən ərazidə həyata keçirilən profilaktiki, eyni zamanda inzibati tənbeh tədbirlərinə baxmayaraq, bəzi sürücülər avtobus zolağında nəqliyyat vasitələrini saxlayaraq, ümumi istifadə olan nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə mane olurlar:

“Bu da yolun buraxıcılıq qabiliyyətinin aşağı düşməsinə və ərazidə sıxlığın yaranmasına səbəb olur. Bildirim ki, ərazidə xidmət aparan əməkdaşlarımız, xüsusi texniki vasitələrin köməyi ilə qayda pozuntularını aşkar etdikdə, həmin sürücülər barəsində qanunvericiliyə uyğun tədbirlər görülür. Sürücülərdən xahişimiz və tələbimiz odur ki, hərəkətin intensiv olduğu yollarda belə qayda pozuntularına yol verərək sıxlıqların yaranmasına şərait yaratmasınlar. Əks halda, pozuntulara uyğun olaraq inzibati məsuliyyətə cəlb olunacaqlar”.

Lalə Novruz, BakuPost



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 26 Noyabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see191

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see155

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see150

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see150

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri