"Araz Naxçıvan" 2 futbolçu transfer etdi
Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sabah Misli Premyer Liqasında yeni mövsümə start verəcək “Araz-Naxçıvan” daha 2 futbolçu ilə müqavilə imzalayıb.
QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan təmsilçis Qabil Əlizadə və Nihat Mehralievlə 1 illik müqavilə imzalayıb.
21 yaşlı Nihat Mehraliev hücuma meyilli yarımmüdafiəçidir. Ötən mövsümü “Şamaxı”da keçirən futbolçu Azərbaycanın U-21 millisinin heyətində 2 oyunda meydana çıxıb.
25 yaşlı Qabil Əlizadə də hücuma meyilli yarımmüdafiəçidir. O, “Araz-Naxçıvan”ın əvəzedici heyətində çıxış edib. Daha sonra “Sumqayıt-2”, “Karvan-Yevlax” və “Mingəçevir”in də formasını geyinib.
Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro, Bruno Franko, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdulla Rzayev, Abdallah Sudi, Mamadu Kane, Ağadadaş Salyanski, Boyan Letiç, Mustafa Əhmədzadə və Luka Dumançiçlə müqavilə imzalayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 14 Avqust 2026 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















