"Azəriqaz"ın rəhbərliyi Naxçıvanda işgüzar səfərdə oldu FOTO
Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun birinci müavini (Əməliyyat üzrə) Nail Abdullayevin, baş direktorun müşaviri Cahid Hüseynovun, Birliyin digər struktur bölmələrinin rəhbər heyətinin və bir qrup əməkdaşın Naxçıvan Muxtar Respublikasına səfəri baş tutub.
Bakupost.az xəbər verir ki, ilk olaraq Birlik rəhbərliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub. Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib.
Daha sonra Birliyin məsul şəxsləri Naxçıvan Regional Qaz İstismarı İdarəsində olublar. Regional İdarədə əməkdaşlara yaradılan şəraitə baxış keçirilib, onların qayğıları ilə maraqlanılıb.
Əməkdaşlarla görüşdən sonra Naxçıvan şəhəri üzrə xidmət sahəsinə də baş çəkilib.
Xidmət sahəsində mövcud infrastrukturun vəziyyəti ilə tanışlıq olub, qarşıya qoyulan hədəflərdən söz açılıb və müvafiq tapşırıqlar verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 27 Avqust 2025 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















