Icma.az
close
up
RU
"Aztelekom" yalan danışıb? İDDİA

"Aztelekom" yalan danışıb? İDDİA

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


“İki gündür ki, Rabitə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) və “Aztelekom” qlobal hesabatlarda internet xidmətləri üzrə yüksək nəticə əldə olunması haqqında məlumatlar açıqlayırlar”.
Bakupost.az xəbər verir ki, bu sözləri informasiya texnologiyaları üzrə mütəxəssis Osman Gündüz sosial şəbəkədəki statusunda yazıb.
Mütəxəssis iddia edir ki, söhbət Dünya Bankının ölkələr üzrə biznes mühitinin əlverişliliyini ölçən “Business Ready (B-READY) 2025” hesabatında Azərbaycanda internetin də daxil edildiyi kommunal xidmətlər sahəsi üzrə qiymətləndirmənin nəticələrindən gedir: “Öncədən də bu hesabatın hazırlanmaqda olması haqqında bilgili olduğumdan adı çəkilən qurumların açıqladığı məlumatların mövcud reallığı tam dolğun əks etdirmədiyinə əmin idim. Sadəcə vaxtım olmadığından hesabata göz gəzdirə bilməmişdim.
İndi baxıram və təəssüf edirəm ki, adı çəkilən qurumlar, ciddi şəxslər , yumşaq desəm alayarımçıq, başdansovdu, həmdə nəinki reallığı, heç hesabatdakı vəziyyəti dolğun əks etdirməyən bir açıqlama veriblərmiş”.

Osman Gündüz sual verir ki, dövlət məmurları necə belə addım ata bilirlər? “İlk öncə müsbət məqamları qeyd etmək istərdim.
Hesabatda internet xidməti artıq “Utility Services” – kommunal xidmətlər indikatoruna daxil edilib. Bu indikator üzrə Azərbaycan həqiqətən də 83.05 bal toplayaraq 25-ci mövqedə qərarlaşıb. Yetərincə yaxşı bir göstəricidir. Hətta mən deyərdim ki məhz bu indikator üzrə reallıq bundan da yüksəkdir.
Bu göstərici isə anlaşıqlı desək, Azərbaycanda infrastrukturun mövcudluğunu, qoşulmanın mümkünlüyünü və əlçatanlığını ölçür.
Amma hesabat təkcə bundan ibarət deyil axı”.
O.Gündüz sözlərinə görə, hesabatda qeyd olunur ki, Azərbaycan “Operational Efficiency” (Əməliyyat effektivliyi) üzrə 63.34 bal alıb: “Bu indikator isə anlaşıqlı desək mövcud xidmətlərin real istifadəsini, “compliance costs” anlayışı çərçivəsində bahalı tarifləri, məcburi minimal paketləri, qiymət–keyfiyyət uyğunsuzluğunu ölçür.
Daha problemli mənzərə isə Market Competition göstəricisindədir. Azərbaycan bu indikator üzrə 45.28 bal toplayaraq çox aşağı qrupda qərarlaşıb.
Market Competition (Rəqabətli mühit) isə anlaşıqlı desək, bazarda seçim imkanlarını, bazardakı hökmranlığı və qiymətlərin rəqabət yolu ilə formalaşıb-formalaşmadığını ölçür. Aşağı nəticə dominant provayderlər, zəif rəqabət və məhdud seçim deməkdir”.
“Beləliklə, bir cümlə ilə ifadə etsək, “Business Ready 2025” hesabatı göstərir ki, Azərbaycanda internet artıq kommunal xidmət kimi geniş infrastrukturla mövcuddur və bu sahədə göstəricilər yüksəkdir, lakin qiymətlərin əlçatanlığı, seçim imkanları və real rəqabətlilik baxımından ciddi zəifliklər qalmaqdadır.
Adı çəkilən rəsmi qurumların yalnız bir müsbət göstəriciyə əsaslanaraq digərlərini görməzdən gəlməsi, yalnız birtərəfli olaraq, alayarımçıq açıqlamalar verməsi təəssüf doğurur”, – deyə Osman Gündüz fikrini yekunlaşdırıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 08 Yanvar 2026 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri