"Hakimlər üzərində təzyiq yaradılır" Rəşad Sadıqov
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Misli Premyer Liqasının 6-cı turu çərçivəsində "Zirə" "Turan Tovuz"a 0:1 hesabı ilə məğlub olub.
QOL.az sportal.az-a istinadən xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov matç haqda fikirlərini bildirib:
"Futbolçularıma əzmkar oyunlarına görə təşəkkür edirəm. Tovuzda oynamaq asan deyil. Bu gün komandamı məğlub görmürəm".
- Oyunun sonunda nə baş verdi?
- Ciddi bir şey yox idi.
- Sanki sizi təxribata çəkməyə çalışırdılar...
- Ola bilər.
- Amin Seydiyevin etdiyi qayda pozuntusuna görə ona irad bildirəcəksiniz?
- Rəvan Həmzəzadə bizim belə epizodlarda qayda pozuntusu qeydə almayıb. Ona görə də heç nə deyə bilmərəm. Bundan başqa, aut atılanda oyun artıq bitmişdi. Əminəm ki, autu biz atsaydıq, oyun bitəcəkdi. Son vaxtlar legioner məşqçilərin hakimlərə təzyiq göstərməsi dəb halını alıb. Hakimlər də bu təzyiqə düşürlər. Son 6 ildə çempionatda ən çox hakim səhvi “Zirə”nin əleyhinə olub.
- Bu gün “Zirə” uduzdu, yoxsa uduzduruldu?
- Biz bu gün uduzmamışıq. İlk dəqiqələrdən hiss edirdim ki, buradan xalla ayrılmaq çətin olacaq. Bəyanata qalanda, biz də bəyanat yaya bilərik. Hakimlər üzərində təzyiq yaradılır. Bunu açıq-aşkar hiss edirəm. Ümid edirəm ki, hakimlər bu təzyiqin altında qalmayacaqlar.
- “Zirə” bu gün hücumda aktiv görünmürdü. Bunun səbəbi nə idi?
- “Turan Tovuz”a qarşı hücum futbolu oynamaq çətindir. Rəqib çoxsaylı uzun ötürmələrdən istifadə edir. Ona görə də bizim topla oynamaq imkanımız olmurdu. 60-cı dəqiqədən sonra oyuna nəzarət bizdə idi. Onlar bir uzun ötürmə ilə bizim cərimə meydançamıza gəlirdilər. Bu gün belə oynamağımızın səbəbi “Turan Tovuz”un oyun fəlsəfəsi idi.
- Həm azarkeşlər, həm də rəqib futbolçular tərəfindən “Zirə”yə qarşı aqressiya var idi. Bu, “Turan Tovuz”un əvəzinə avrokuboklara “Zirə”nin getməsi ilə bağlı ola bilər?
- Səbəb o deyildi. Çünki bu proses daha əvvəl başlayıb. Azarkeşləri deməyək. Bu gün bir çox azarkeşlə görüşmüşük, şəkil çəkdirmişik. Bütün azarkeşlərə aid etməyək. Bu aqressiya “Azersun Arena”da “Turan Tovuz”a məğlub olduğumuz oyundan sonra başlayıb. Bununla bağlı açıqlama vermişəm. Bilmirəm, “Turan Tovuz”da bizə qarşı aqressiya kimdən gəlir. Əslində bilirəm. Rəhbərlikdən gəlir. Amma hansı rəhbərdən olduğunu bilmirəm.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 19 Sentyabr 2026 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















