"Mançester Siti" apellyasiya şikayəti verəcək
Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Mançester Siti” İngiltərə Premyer Liqasının maliyyə qaydalarının pozulması ilə bağlı qəbul etdiyi qərardan apellyasiya şikayəti verib.
QOL.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, klub oktyabrın 1-də Premyer Liqanın intizam komissiyasının qərarına qarşı genişmiqyaslı apellyasiya şikayəti təqdim edib.
“Mançester Siti” komissiyanın qərarında hüquq, prinsiplər və faktlarla bağlı ciddi səhvlərin və bir sıra məqamların əsassız olduğunu hesab edir.
Klub ittihamlarla bağlı özünü günahsız hesab etdiyini və mövqeyini təsdiqləyən çoxsaylı sübutların mövcud olduğunu bildirib.
“Mançester Siti” həmçinin bütün hüquqi prosedurlara əməl etməyə davam edəcəyini qeyd edib.
Xatırladaq ki, daha əvvəl Premyer Liqa “Mançester Siti”ni maliyyə qaydalarını pozmaqda və Premyer Liqanın araşdırmasına lazımi şəkildə əməkdaşlıq etməməkdə təqsirli bilib. Klub ittihamlarla razılaşmadığını açıqlayıb.
Qərarın mümkün nəticələri hələ açıqlanmayıb. Bununla belə, İngiltərə mətbuatında klubun əvvəl qazandığı çempionluq titullarından məhrum edilə biləcəyi barədə məlumatlar yayılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 02 Oktyabr 2026 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















