Icma.az
close
up
RU
"Neftin 1 dollar ucuzlaşmasından gündə 500 min dollar itiririk" İqtisadçı

"Neftin 1 dollar ucuzlaşmasından gündə 500 min dollar itiririk" İqtisadçı

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Məlum olduğu kimi, neftin qiyməti 70 dollara qədər enib. ABŞ-ın OPEK+dən istəkləri də bu məsələdə təsirini göstərməyə başlayır. OPEK+ ölkələri aprel ayından başlayaraq hasilatı artırmağa başlayacaqlar, könüllü şəkildə getdikləri hasilat azalmasını geri çəkəcəklər. Bu isə mərhələli şəkildə bazara 2,2 mln. barel neftin əlavə olaraq daxil olması deməkdir. İki borudan asılı olan Azərbaycan iqtisadiyyatı üçün gələcəkdə problemlər yaranacağı açıq görünür. Doğrudur, neftin qiymətinə günlük yox, ortalama baxmaq lazımdır. Hələlik 2025-ci ilin ilk 2 ayında orta qiymət 80 dollara yaxın olub. Amma, martın sonuna kimi bu rəqəm 72-73 dollara, apreldə isə 70 dollardan aşağı düşə bilər. Bu isə o deməkdir ki, 2025-ci ilin ilk yarısını büdcədə nəzərdə tutulan neftin ortalama 70 dollar səviyyəsinə yaxın tamamlasaq da, 2025-ci ilin ikinci yarısında qiymətlər 70 dollardan aşağı düşə, ilin sonuna orta qiymət 60-65 dollar koridorunda sabitləşə bilər ki, bu da ölkəmiz üçün heç də yaxşı deyil”.

Bunu Bakupost.az -a REAL sədri, iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, ilin iki ayını götürsək, “Azeri Light"ın ortalama qiymət 70 dollardan yuxarı olub. Burada vacib məqamlardan biri, neftin qiymətinin yalnız iqtisadi amillərlə deyil, həm də qlobal proseslərlə bağlı olmasıdır. Əgər eniş tendensiyası davam edərsə, bu, müxtəlif sahələrdə müəyyən çətinliklərə səbəb ola bilər. Lakin bazarda tarazlıq və ya mümkün müdaxilələr nəticəsində vəziyyətin hansı istiqamətə dəyişəcəyi hələlik tam dəqiq deyil.

İqtisadçının sözlərinə görə, neftin qiymətinin hər 1 dollar düşməsi, günlük olaraq Azərbaycanın valyuta gəlirlərinin 500 min dollar azalması deməkdir. Yəni, ilin sonuna illik ortalama qiymət 65 dollar olsa, bu gündə 2,5 mln., ayda 75 mln., ilə isə 900 mln. dollar daha az valyuta daxil olması deməkdir. Amma, bu da son deyil, neft şirkətlərinin qiymətin enməsinə görə qazancları, gəlirləri, mənfəəti azalacaq ki, bu da onların vergi şəklində büdcəyə ödədiyi vəsaitin düşməsinə səbəb olacaq:


“Neftin qiymətinin aşağı düşməsi bizim valyuta gəlirlərimizi azaldan faktora çevrilir. Azərbaycan neftinin ortalama qiyməti təxminən 78 -79 dollar civarındadır ki, bu kifayət qədər komfortludur. Ortalama qiymət 70-dən aşağı düşəndən sonra Azərbaycanda problem başlayacaq. Bu o deməkdir ki, hətta mart ayında 70 dollara düşsə və yaxud da aprel ayında 65 dollara da düşsə, may ayında bizim yenə də ortalama qiymətimiz 70 dolların üstündə olacaq. Maydan başlayaraq, qiymətin aşağı düşməsi tendensiyası davam edərsə, bu, artıq ciddi problemdir və Azərbaycanda ciddi problemlərə, dövlət gəlirlərində valyuta daxilolmalarının azalmasına gətirib çıxaracaq”.

Sevinc,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 07 Mart 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see368

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see252

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see201

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see195

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see166

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see152

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see143

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see141

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see140

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see139

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see137

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see135

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see133

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see132

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri