Icma.az
close
up
RU
“Bağlı sərhədlər ölkə iqtisadiyyatına, turizmə, hətta vətəndaşın psixoloji durumuna mənfi təsir edir” İQTİSADÇI

“Bağlı sərhədlər ölkə iqtisadiyyatına, turizmə, hətta vətəndaşın psixoloji durumuna mənfi təsir edir” İQTİSADÇI

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Hökumət illər öncə aqrar sahəni və turizmi prioritet elan etmişdi, güya, bu sahələrdə ciddi artım olacaqdı, ölkəyə valyuta axacaqdı. İqtisadiyyatın bir çox sahəsində olduğu kimi, bu iki istiqamət üzrə də atılan addımlar əks-effekt verdi, hökumət aqrar sahədə və turizmdə sinifdə qaldı.

Quru sərhədləri heç bir səbəb olmadan bağlı saxlayıb turizmi prioritet elan etmək, inkişaf etdirmək mümkün deyil – bu sadə həqiqəti artıq anlamaq lazımdır”.

Gununsesi.info bildirib ki, bu fikirləri iqtisadçı Natiq Cəfərli deyib:

“2019-cu il ilə müqaisədə 2024-də ölkəyə, az qala, 2 dəfə daha az turist gəlib, bu inkar olunmaz sübutdur ki, bağlı sərhədlər ölkə iqtisadiyyatına, turizmə, hətta vətəndaşın psixoloji durumuna mənfi təsir edir.

Gələk aqrar sahəyə – bizim coğrafiyada əsrlərdir ki, maldarlıq ən çox yayılan, insanımızın ən çox bacardığı sahələrdən biri idi. Hökumətin düşüncəsiz siyasəti nəticəsində bu sahədə ciddi tənəzzül yaşanır, iri buynuzlu mal-qara, qoyun-keçi sayı kəskin azalır. Hökumət isə seyrici qalıb, səbəbini araşdımır, bu qorxulu tendensiyanın qarşısını almaq üçün hansısa addım atmır.

Azərbaycanda 2021-ci ilin yanvarında 8 milyon 89,7 min baş qoyun və keçi olduğu halda, 2025-ci ilin oktyabrında bu göstərici 6 milyon 763,7 min başa enib – bu 1 milyon 326 min baş və ya 16,4 faiz azalma deməkdir. 2021-ci ilin yanvarında qoyun ətinin ölkədə orta qiyməti 11 manat 90 qəpik idi, 2025-ci ilin avqustun birinə rəsmi, bir daha, rəsmi rəqəmlərə görə qoyun ətinin orta qiyməti 18 manat 70 qəpiyə yüksəlib.

2025-cü ilin ilk 10 ayında ölkəyə idxal edilən dondurulmuş qoyun ətinin həcmi 291,16 tona yüksəlib, bu da illik müqayisədə 65% artımdır. İdxalın əsas hissəsi – 244,66 ton Monqolustanın payına düşüb. Oktyabrdan etibarən Azərbaycana Somalidən də 46,5 ton dondurulmuş qoyun əti gətirilib. Acınlıq içində olan Somalidən ət idxal edən vəziyyətə düşmüşük.

Bu hələ dondurulmuş ətdir, dahası da var: bu ilin ilk 10 ayında Rusiya və Gürcüstandan ümumilikdə 289 min baş diri qoyun gətirilib ki, keçən ilin eyni dövrünü 89% üstələyir. Diri qoyunların idxalı ölkədən ümumilikdə 31,4 milyon dollarlıq valyuta çıxmasına səbəb olub”.

Natiq Cəfərli qeyd edib ki, Gürcüstandan gətirələn diri qoyunları həmin ölkədə yaşayan soydaşlarımız yetişdirir, əsasən, Gürcüstan türklərinin yaşadığı bölgələr maldarlıqla, heyvandarlıqla məşğul olurlar:

“Yəni, Gürcüstanda yaşayan soydaşımız qoyun-keçi, mal-qara saxlmağı, artırmağı bilir, yerli bazarı da təmin edir, Azərbaycana da satır, amma, bizim məmləkətdə yaşayan bunu edə bilmir – niyə, çünki, iqtisadi sistem fərqlidir. Gürcüstan insanın maraqlarını idarə edir, Azərbaycan isə insanın özünü idarə etməyə çalışır”.

Firuzə

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 Dekabr 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see388

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see258

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see203

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see196

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see184

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see184

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see164

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see154

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see145

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see144

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see142

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see141

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see140

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see136

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see134

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see133

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri