Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

"Ölkəyə gətirilən kartofun keyfiyyət göstəricisi çox aşağıdır”

"Ölkəyə gətirilən kartofun keyfiyyət göstəricisi çox aşağıdır”

Icma.az bildirir, Bakupost portalına istinadən.


Xəbər verdiyimiz kimi, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən İrandan Azərbaycana gətirilən 47 min 400 kq ərzaqlıq kartof məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb. Agentliyin müfəttişlərinin götürdüyü nümunələrin müayinəsi nəticəsində karantin tətbiq edilən Kartof gövdə nematodu müəyyən olunub. Faktla bağlı müvafiq qərar qəbul edilərək istehlaka yararsız məhsul partiyası məhv edilib.


Məlum olduğu kimi, son illər Azərbaycanda kartof əkin sahələri, istehsalı xeyli azalıb. Bu səbəbdən də əhalinin kartof ehtiyacını ödəmək üçün Rusiya, İran, Pakistan, Türkiyə, Gürcüstan kimi ölkələrdən kartof idxal olunur. Ölkəyə gələn kartof məhsulunun keyfiyyət göstəricisi yerli məhsulla müqayisədə çox aşağıdır.


Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov deyir ki, kartofun keyfiyyəti, dadı onun əkildiyi torpaqdan asılıdır. Bu cəhətdən Azərbaycanda Gədəbəy rayonunda yetişdirilən kartof çox məşhurdur:


"Bu rayonda təqribən 180 ildir ki, kartof əkilir. Amma qışda və yazın əvvəllərində Rusiya, Türkiyə, Pakistan və İrandan gətirilən kartof Gədəbəy kartofunu üstələyir. Xaricdən gətirilən kartof keyfiyyətsiz olmasına baxmayaraq yerli kartofdan ucuz olduğuna görə bazarlarda öz alıcısını tapır. Halbuki mütəxəssislər idxal kartofun mal-qara üçün yemlik olduğunu söyləyirlər. “Xarici” kartofun becərilməsində hansı kimyəvi gübrələrdən istifadə olunması da naməlumdur”.

Onun sözlərinə görə, vaxtilə istehsal etdiyimiz Gədəbəy kartofunun keyfiyyət göstəricisinə görə analoqu yox idi. İndi şəxsi təsərrüfatlarda tək-tük hallarda becərilən “ağ çiçək sortu”nun hamı həsrətindədir. Təəssüflər olsun ki, bu gün həmin növün kütləvi şəkildə əkilməsi mümkün deyil. Çünki bu sortun keyfiyyəti yüksək olsa da məhsuldarlığı aşağıdır: “Keyfiyyətinə görə “ağ çiçəyim” sortuna yaxın olan “Telman” sortu daha çox əkilir. Ölkəyə gətirilən kartof da keyfiyyətinə görə çox aşağıdır. Gədəbəy, Tovuz və Şəmkirdə istehsal olunan kartof daha keyfiyyətlidir. Hansı kartofu almaq isə insanların maddi durumuna baxır. Keyfiyyətli kartof əldə etmək üçün Gədəbəy, Tovuz və Şəmkir rayonlarında yetişdirilən məhsullara üstünlük verilməlidir. Ümumiyyətlə aşkar olunan xəstəliyin və yaxud da zərərvericinin insan orqanizminə heç bir təsiri yoxdur. Bu ancaq kartofa ziyan vurur”.

V. Məhərrəmov qeyd edib ki, ölkəyə gətirilən kartof əsasən texniki sortlar olur ki, burada da yumruların həcmi böyük olur. Bunlardan da xammal kimi plastmas, spirt və kraxmal alırlar: “Yumrular torpaqdan çıxarıldıqdan bir müddət sonra günəş altında göyərməsi üçün saxlanılır. Məqsəd isə bəzi zərərvericilərin məhsulu zay etməməsidir. Belə olan halda günəşin təsiri nəticəsində yumruda “salanin” deyilən zərərli maddə əmələ gəlir ki, bu maddənin təsirindən kartof yaşıl rəng alır və müxtəlif ziyanvericilər məhsula yaxınlaşa bilmirlər. Halbuki, sözügedən maddə insan orqanizmi üçün zəhərlidir”.

Mütəxəssisin dediyinə görə, son bir neçə ildə kartofun əkin sahəsi 75 mindən 25 min hektara düşüb. Bu da kartof işi ilə məşğul olan fermerlərin bu sahəyə marağının azalması ilə bağlıdır: “Azərbaycanda kartofun qiyməti yüksəkdir, ancaq fermerler istehsal etdikləri kartofu yaxşı qiymətə sata bilmirlər. Əldə edilən məhsulun bir hissəsini Qafqazda saxlayıb qış mövsümündə bazara çıxarmaq ehtimalı yoxdur. Çünki anbarların sayı az və icarəsi çox yüksəkdir. Kartof daha çox itkiyə getdiyinə görə, heyvanlarına yedizdirmək məcburiyyətində qalırlar. Bəzi regionlarda isə məhsuldarlıq çox aşağı səviyyədədir. Bununla bağlı lazımi işlər görülmür. Müvafiq qurumlar vaxtı-vaxtında fermerləri suvarma sistemi ilə təmin etmir".

Vahid Məhərrəmov vurğulayıb ki, ixrac edilən kartofun həcmi də azalıb. Yəni Azərbaycan təxminən 60-70 min ton kartof ixrac edir, amma 200 min tondan çox idxal edir: “2005-ci ildən bu yana Azərbaycanda kartof istehsalı azalıb. Ən çox 2005-ci ildə istehsal olunmuşdu. Əhalinin sayının kəskin artmasına baxmayaraq, bu müddət ərzində kartof istehsalını o səviyyəyə çatdıra bilməmişik. Son bir neçə ildə kartofun əkin sahəsi isə azalır. Çünki kartofu saxlamaq üçün Azərbaycanda soyuducu anbarlar yoxdur ki, məhsullar orada bir müddət saxlanılsın və sonradan mərhələ üzrə bazara çıxarılsın".

İqtisadçı ekspert Akif Nəsirli bildirib ki, yerli istehsal müxtəlif mövsümlərdə yetişir. Həmin mövsümlərdə də istehsal olunan kartofun bir hissəsi ixrac edilir. Bu da ilin müəyyən dövründə kartof çatışmazlığına səbəb olur:


“Məlumdur ki, ənənəvi olaraq Azərbaycanın Gədəbəy, Cəlilabad və digər ətraf rayonlarında kartofun əkini, istehsalı və satışı həyata keçirilir. Lakin həmin ərazilərdən toplanılan məhsullar əhalinin kartofa olan tələbatını qarşılamır və buna görə də Azərbaycana kartof idxal olunur".

Sevinc,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 18 Fevral 2025 00:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see475

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see377

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see374

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see333

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see316

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see287

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see287

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see282

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see198

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see162

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see162

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see151

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see136

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see133

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri