"Onlarda məsuliyyət hissi çatışmır"
Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Marsel"in sabiq idman direktoru Mehdi Benatia klubdakı fəaliyyəti və müasir futbolçularla bağlı fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, 39 yaşlı mütəxəssis "L'Equipe" nəşrinə açıqlamasında "Marsel"dəki problemlərin köklü olduğunu bildirib. Benatia hesab edir ki, indiki nəsil futbolçuların bir çoxunda peşəkarlıq və səhvlərinə görə məsuliyyət hissi çatışmır:
"Məşqçi onlara çatmaq üçün düzgün yanaşmanı tapmalı və eqolarını necə oxşamağı bilməlidir. O zaman onlar qaçmağa və qol vurmağa hazır olurlar."
Mərakeşli mütəxəssis futbolçuların məğlubiyyətdən sonra öz səhvlərinə münasibətini də tənqid edib:
"Uduzanda və bunun sənin səhvin olduğunu biləndə, 100 faizlik fürsəti qaçıran hücumçu, yaxud rəqib futbolçunu gözdən qaçıran müdafiəçi olmağının fərqi yoxdur. Onlardan neçəsi buna görə həqiqətən özünü günahkar hiss edir? Onlar sadəcə yoluna davam edirlər. Əlbəttə, hamısı belə deyil, amma 80 faizi belədir".
Benatia smartfon və sosial şəbəkələrin futbolçuların diqqətinə mənfi təsir etdiyini də vurğulayıb:
"Direktorlarla danışanda bu mövzu həmişə gündəmə gəlir. Bu, yeni nəsildir. Mobil telefonlara görə onların diqqətini cəmləmək qabiliyyəti çox zəifdir. Hətta iclaslarda belə bu dəyişmir".
Qeyd edək ki, Benatia "Marsel"də əvvəlcə məsləhətçi, daha sonra isə idman direktoru vəzifəsində çalışıb. O, 2021-ci ildə futbolçu karyerasını başa vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 08 Avqust 2026 20:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















