Icma.az
close
up
RU
"Prezidentin o sözü ana dili dərsliklərimizin epiqrafı olmalıdır"

"Prezidentin o sözü ana dili dərsliklərimizin epiqrafı olmalıdır"

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə Prezident İlham Əliyev mühüm məsələlərə toxundu. Dövlət başçısı çıxışında Azərbaycanın elm və təhsil sahəsində qarşıda duran vəzifələrdən, dilimizin saflığının qorunmasının vacibliyindən, həmçinin milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən bəhs etdi.


Dövlət başçısı həmçinin vurğulayıb ki, Azərbaycan dilinin saflığının qorunması hər bir vətəndaşın borcudur. Onun sözlərinə görə, dövlət qurumları, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər və siyasətlə məşğul olan şəxslər bu məsələyə xüsusi diqqət yetirməlidirlər:



"Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır. Bizim dilimiz qədimdir. Yenə də deyirəm, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir".

Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində dil məsələsi ilə bağlı qaldırdığı problemlərə toxunan filologiya elmləri doktoru, professor Nizami Cəfərov Bakupost.az - a açıqlamasında bildirdi ki, həmin çıxışda dövlət başçısı həqiqətən çox ciddi məsələləri qaldırdı, aktual problemlərə toxundu və Azərbaycan dilinin saflığının bütün dünya miqyasında qorunması ilə bağlı dəyərli fikirlər söylədi:


“Bu fikirlərin mühüm cəhətlərindən biri də o idi ki, burada Azərbaycan xalqının həm dili, həm tarixi, həm ədəbiyyatı, ümumiyyətlə, milli taleyi vəhdət halında təhlilə cəlb olundu. Xüsusilə vurğulandı ki, azərbaycanlılar yalnız Azərbaycan Respublikasında deyil, onun hüdudlarından kənarda da öz doğma vətənlərində yaşayırlar və yaşadıqları dövlətlər üçün heç bir problem yaratmırlar. Uzun əsrlərin yüksək mədəniyyətinin daşıyıcılarıdırlar və bu gün də öz mədəniyyətlərini davam etdirirlər.

Amma təəssüf ki, bir çox yerlərdə Azərbaycan dili və ədəbiyyatına, ümumiyyətlə, xalqın milli varlığına qarşı xoşagəlməz, insan hüquqlarının pozulması ilə müşayiət olunan hərəkətlər həyata keçirilir. Azərbaycan dili qonşu dövlətlərdə məişət dili səviyyəsinə endirilir, ədəbi dilin inkişafı qarşısına ciddi maneələr qoyulur. Bu isə, əlbəttə, dözülməz haldır və buna bütün dünya azərbaycanlıları, xüsusilə ziyalılar, yazıçılar, şairlər, alimlər öz obyektiv münasibətlərini bildirməlidirlər".

N.Cəfərov qeyd edib ki, Azərbaycan xalqının 50 milyonluq bir nüfuzu var və xalqın dil, ədəbiyyat, mədəniyyət, yaradıcılıq enerjisi çox böyük bir hadisədir:

"Biz təxminən 10 milyonluq əhali olaraq Azərbaycan Respublikasında öz müstəqilliyimizi təmin etmişik və bizim dilimizin, ədəbiyyatımızın, tarix şüurumuzun inkişafına hər cür təminat verilib. Amma biz eyni zamanda, xüsusilə Azərbaycan Respublikasının vətəndaşları, ölkədən kənarda yaşayan azərbaycanlıların taleyi üçün məsuliyyət daşıyırıq. Harada bir azərbaycanlı varsa və onun hüquqları tapdalanırsa, buna dözməməliyik.

Başqa çox mühüm məsələ, Azərbaycan Prezidenti demək olar ki, bir aforizm, atalar sözü kimi fikir səsləndirdi və deyilən kimi də bu söz orada iştirak edən demək olar ki, bütün nümayəndələrin, elm adamlarının, xüsusilə humanitar sahə ilə məşğul olanların yaddaşına yazıldı. Cənab Prezident dedi ki, Azərbaycan dilində tarixən qərarlaşmış bir söz varsa, onun yerinə əcnəbi bir kəlmənin gətirilməsi ya səhvdir, ya təxribatdır. Hər iki halda bu, yolverilməzdir. Mən düşünürəm ki, bu sözlər bizim ana dili dərsliklərimizin epiqrafı olmalıdır. Burada söhbət hər hansı bir sözə münasibətdən getmir, ana dilinə yolverilməz, laqeyd və ya təxribatçı münasibətin təhlükəsindən gedir. Onun qarşısı alınmalıdır. Bu məsələdə biz hamımız - xüsusilə dilçilər, ədəbiyyatçılar, tarixçilər ayıq-sayıq dayanmalıyıq.

Prezidentin çıxışında bir sıra digər mühüm məsələlərə də toxunuldu və mən əminəm ki, bu çıxış uzun müddət müzakirə olunacaq. Burada irəli sürülən elə mühüm tədbirlər var ki, onlar görülməlidir və mən inanıram ki, görüləcək. Çünki bunlar bizim gələcəyimizlə bağlı çox ciddi və strateji məsələlərdir”.

Millət vəkili Fatma Yıldırımın sözlərinə görə, cənab İlham Əliyevin çıxışı bir daha göstərdi ki, dövlətimizin elmə, təhsilə və intellektual inkişaf strategiyasına yanaşması sistemli, uzaqgörən və milli dövlətçilik maraqlarına tam uyğundur:


“Cənab Prezident İlham Əliyev bu tarixi çıxışı ilə həm Azərbaycan elminin keçdiyi böyük inkişaf yoluna qiymət verdi, həm də gələcəyə yönəlik konkret və strateji prioritetləri müəyyənləşdirdi.

Azərbaycan elminin bugünkü səviyyəyə çatmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri vardır. Hələ ötən əsrin 70-ci illərində onun rəhbərliyi ilə elmi-tədqiqat institutlarının yaradılması, elmin maliyyələşdirilməsi və gənclərin Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərilməsi siyasəti ölkəmizin intellektual potensialını köklü şəkildə gücləndirmişdir.

Bu siyasətin Prezident İlham Əliyev tərəfindən müasir dövrdə uğurla davam etdirilməsi elmi inkişafın dayanıqlı modelini formalaşdırmışdır. Azərbaycan elminin müstəqillik illərində əldə etdiyi nailiyyətlər məhz bu strateji xəttin davamının nəticəsidir.

Bu gün dünyada hər bir ölkənin gücü onun texnoloji potensialı ilə ölçülür. Süni intellektin, rəqəmsal iqtisadiyyatın və müdafiə sənayesinin inkişafı istiqamətində Azərbaycanın əldə etdiyi nəticələr bu gün reallığa çevrilmişdir.

Prezidentimizin Azərbaycan dili ilə bağlı dərin məzmunlu fikirləri hər birimizi düşündürməlidir.Bu çağırış hər bir ziyalının, jurnalistin, müəllimin, ictimai xadimin və vətəndaşın məsuliyyətini artırır. Ana dilimizin saflığının qorunması milli kimliyimizin əsas sütunudur və dövlət başçısının bu məsələni prioritet səviyyəsində qaldırması strateji əhəmiyyət daşıyır.

Cənab Prezidentin çıxışında vurğuladığı əsas məqamlardan biri də Azərbaycan xalqının tarixi həqiqətlərinin təhrifinə qarşı elmi əsaslı mübarizənin vacibliyi idi. Bu məsələdə alimlərimizin, tarixçilərimizin, ictimai təşkilatların üzərinə böyük məsuliyyət düşür. Biz öz tariximizi yalnız tədqiq etməməli, həm də dünyaya elmi əsaslarla təqdim etməliyik.

Cənab Prezident İlham Əliyevin AMEA-nın 80 illiyində etdiyi çıxış təkcə elm bayramı münasibətilə deyilmiş sözlər deyil, bu, gələcək inkişafın strateji manifestidir. Elm, təhsil, texnologiya, milli tarix, dil və dövlətçilik məsələlərini vahid ideoloji xəttdə birləşdirən bu nitq müasir Azərbaycan dövlətçiliyinin yeni mərhələsinin ideya təməlini təşkil edir. Azərbaycan alimləri, ziyalıları və gəncləri bu çağırışlardan ruhlanaraq ölkəmizin dayanıqlı, texnoloji və intellektual inkişafı naminə daha əzmlə çalışmalıdırlar. Çünki bu gün biz təkcə müstəqil dövlətin deyil, həm də Zəfər qazanan, elmə və intellektə söykənən qalib millətin nümayəndələriyik”.

Lalə, BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 07 Noyabr 2025 23:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see160

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri