"Rəhim Həsənov buna nə açıqlama verəcək?" Əfran İsmayılov
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Misli Premyer Liqasının 10-cu turunda keçirilən "Sumqayıt" - "Şəfa" matçı (1:1) mübahisəli hakim qərarı ilə yadda qalıb.
QOL.az xəbər verir ki, "Sumqayıt"ın mərkəz müdafiəçisi İsa Suliman top qapıçıları Marko Yohansonda olarkən ona əli toxunub. Matçın baş hakimi Nicat İsmayıllı isə qayda pozuntusu qeydə almayıb. "Şəfa" futbolçuları buna etiraz etsə də, hakimin qərarı dəyişməyib.
Oyundan sonra "Şəfa" klubunun vitse-prezidenti Əfran İsmayılov epizodla bağlı fikirlərini bildirib:
“Açığı, mən futbol oynadığım dönəmdə də hakim idarəçiliyi ilə bağlı heç vaxt danışmamışam. İndi 1:0 udurduq, rəqibin sonuncu müdafiəçisi, hansı ki, sarı vərəqəsi var idi və gedir cərimə meydançasında topa əli ilə vurur. Bilərəkdən topu əlinin içi ilə vurur. Həmin vaxt sarı vərəqə və penalti, oyun da 2:0 olsa, rəqib bir nəfər azlıqda qals artıq daha yaxşı oynayacaqdıq. Belə şeyi həqiqətən gözləməzdim.
Mənə çox maraqlıdır ki, bu nə qərardır? Mən bunu hakimlərdən soruşdum. Deyirlər ki, futbolçu bilə-bilə etməyib, təsadüfən olub. Guya ki, qapıçının belinə vururmuş, topa dəyib. Belə qərar hardan çıxıb? Mən başa düşmürəm. Top əlinə dəydisə, fakt penaltidir. Bunun qaçılası yeri yoxdur. Sadəcə, mənə maraqlıdır ki, Rəhim Həsənov (AFFA Hakimlər Komitəsinin sədri - QOL.az) buna nə açıqlama verəcək. Həqiqətən üzücüdür, amma nə etmək olar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 03 Noyabr 2026 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















