"Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır"
Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
Aparıcı Tarix Əliyev səhər verilişlərinin aparıcılarını sərt tənqid edib.
Bakupost.az xəbər verir ki, o, bu barədə “Səmimi” adlı yutub layihəsində danışıb.
“Televiziyada olduğum vaxt sizin səhər verilişlərinizin çoxunu öz reytinqimlə geridə qoyurdum. Sponsorlarım da sizinkindən daha bahalı olub. Bu gün efirdə olan heç bir aparıcı deyə bilməz ki, Xoşqədəm Hidayətqızı, Zaur Baxşəliyev, Zaur Kamal, Elgiz və Tarix Əliyev kimi nəsə edib.
Biz beşimiz adımıza kanala sponsor gətirmişik. Bu adlara görə verilişlərə sponsor gəlir və biz gedəndə onlar da bizimlə birlikdə gedirlər.
Səhər efirlərinə baxmaq istəyirəm, yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır. Məni məcbur etməyin ki, səhər saat 8:30-da canlı efir edim. Yaltaqlıq etməyin", - deyə T.Əliyev bildirib.
Yasəmən,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 20 Aprel 2026 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















