Icma.az
close
up
RU
Menu

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

“Qəzzaya dönüş: bölgənin gələcəyini kim müəyyən edəcək?“ İsrail mətbuatı

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

Madaqaskar Prezidenti etirazlara görə paytaxtı tərk edib

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliklərə diqqət edin

Mingəçevirdə zirzəmidə tapılan körpə ilə əlaqədar araşdırma aparılır

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

Ölkədə artan qurbağa əti satışı həkim və ilahiyyatçıdan xəbərdarlıq

Ölkədə artan qurbağa əti satışı həkim və ilahiyyatçıdan xəbərdarlıq

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Son illərdə dəniz məhsulları ilə yanaşı, ölkəmizdə qurbağa ətinə də maraq yaranıb. Bu suda-quruda yaşayan canlının ətinin satışı ilə məşğul olan İlqar Nuriyev bildirib ki, qurbağa əti Azərbaycana xarici Asiya ölkələrindən dondurulmuş şəkildə idxal olunur.

Artıq restoranlarda da qurbağa əti menyunun adi hissəsinə çevrilib. İaşə obyektlərindən birinin meneceri Qurban Quliyev isə deyib ki, bu ət məhz toyuq ətinə bənzər təamdır: “Bu məhsula son dönəmlərdə tələbat çoxdur. Adi toyuq əti kimi yağda qızardılır”. 

Bəzi paytaxt sakinləri isə bu qidadan iyrəndiyini deyərək ölkə üçün uyğun olmadığını vurğulayırlar. Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova qeyd edib ki, əgər bu məhsul düzgün şəraitdə saxlanılmasa, ziyandır: “Saxlanılma temperaturuna diqqət yetirilməlidir. Bununla yanaşı, məhsulun donu açılıb sonra yenə dondurularsa, onun tərkibindəki mikroorqanizmlər çoxalır, bu da zəhərlənməyə səbəb ola bilər”. 

Həkim-terapevt Zakir Quliyev isə daha ciddi məqama diqqət çəkir: “Qurbağa ətinin tərkibində ciddi parazitlər, bakterial infeksiyalar var. Qurbağa daha çox çirkli sularda yaşadığı üçün salmonella, ayremonas kimi infeksiyalarla zəngin olur. Eyni zamanda tərkibində güclü, öldürücü xüsusiyyətə malik zəhərli maddələr var. Qurbağa əti həddindən artıq allergik reaksiyaya, hətta anaflaktik şoka qədər gətirib çıxara bilər”.

Qeyd etmək yerinə düşər ki, qeyri-adi və ekzotik yeməklərə maraq göstərən insanlar üçün qurbağa əti xüsusi maraq doğurur. Dünyanın bir çox ölkəsində, xüsusilə Fransa, Çin və Vyetnam kimi mətbəxləri ilə məşhur olan yerlərdə bu növ ət normal kulinariya təcrübəsinin bir hissəsidir. Yeri gəlmişkən, Bakıda restoranların menyularında qurbağa ətinin təklif edilməsinə az rast gəlmək olar. Yalnız "BIC Asian Fusion" restoranı qurbağa əti təqdim edən azsaylı məkanlardandır. Bununla belə, qurbağa əti ölkəmizdə geniş yayılmış bir qida növü olmasa da, bəzi restoranlar onu əsasən idxal yolu ilə, xüsusilə Fransadan gətirilən məhsul kimi təqdim edir. 2018-ci ildə yayımlanan məlumatlara əsasən, bəzi paytaxt restoranlarında müştərilərə qurbağa əti təklif olunurdu, lakin bu məhsulların yoxlanışına dair Qida Təhlükəsizliyi Agentliyi rəsmi nəzarətin aparılmadığını bildirmişdi. Azərbaycanda qurbağa əti ilə bağlı diqqət çəkən digər bir məqam isə Salyan rayonunun Şorsulu kəndində yerləşən və 2016-cı ildə fəaliyyətə başlayan “Azərifrog” MMC adlı təsərrüfatdır. Bu müəssisə əsasən Fransa kimi ölkələrə ixrac məqsədilə qurbağa yetişdirir. Beləliklə, Azərbaycanın özündə bu ətin istehsalı mövcuddur, lakin yerli bazarda hələlik geniş yayılmayıb.

 Seyfəddin Əsəd

Xalq təbabəti üzrə mütəxəssis Seyfəddin Əsəd mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, qurbağa ən təmiz canlılardan sayılır: “İki təmiz canlı var: biri zəlidir, biri də qurbağadır. Qurbağa beş dəfə özünü suya salıb çıxarır və təmizlənir. Yəni bu qədər təmizdir. Qurbağa ətini istəyənlər rahatlıqla yeyə bilər, çünki qadağası yoxdur. Tibbi baxımdan da heç bir əks-göstəriş yoxdur. O ki qaldı toyuq əti ilə müqayisəyə - qurbağa ətini bir dəfə dadan adam həmişə onu yemək istəyir. Çox zaman toyuq ətindən üstün tutulur. Xüsusi təyinatlılarda hazırlıq keçən şəxslərə qurbağa əti verilir. Amma yeyilməsi üçün xüsusi yetişdirilən qurbağalar istifadə olunmalıdır. Eyni zamanda digər ət məhsulları necə saxlanılırsa, qurbağa da o qaydada soyuducuda xüsusi şəraitdə saxlanmalıdır. Ən əsası isə budur ki, qurbağa hər cür qidanı qəbul etmir - dünyada qidalanması ən çətin olan canlılardan biridir. Qurbağa min bir dərdin dərmanıdır - bronxial astma, zob xəstəlikləri, süd vəzisinin mastopatiyası, yuxusuzluq kimi problemlərin müalicəsində qurbağadan istifadə olunur”.

 Fərid Abdulla

İlahiyyatçı Fərid Abdulla da mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Xeyli müddətdir sosial şəbəkələrdə müxtəlif ekzotik heyvanlardan, həşəratlardan, bitkilərdən, meyvələrdən qida kimi istifadə edilməsi çox geniş yayılıb. Bu videoları izləyən bir qisim insan buna maraq duyur. Görəsən, dadı necədir, qoy mən də dadına baxım və bu qəbil nələrsə. Bu marağın artdığını görən tacirlər bunu biznesə çevirməyə çalışırlar. Əslində bu məsələ kökdən batil bir şey deyil. Məsələdə iki faktor var. Bir var, həyatını müsəlman kimliklə, inancla və qaydaları ilə yaşayanlar. Bir də var, bu cür şeylərə önəm verməyənlər. Birincilər üçün nə yeyib içdikləri, bunun şəriətə müvafiq olub-olmamaları çox önəmlidir. İkincilər üçün önəmli deyil. İndi isə mövzu qurbağa ətidir. Onun dövriyyəyə buraxılmasıdır. Mən elə də inanmıram ki, buna böyük maraq olsun. Üstəlik, kimsə qurbağa ətindən mütəmadi qoyun, mal, balıq əti kimi istifadə edən deyil. Mövzumuz heç bu da deyil. Məsələ budur ki, qurbağa ətini müsəlman yeyə bilər, yoxsa yox?”

İlahiyyatçı əlavə edib ki, bu, əqidəvi məsələ deyil: “Fiqhi məsələdir. Yəni İslam dinin hüquq və qaydalar bölməsində bundan danışılır. Bu məsələlər təfərrüat olduğu üçün hədis mənbələrində buna yer verilib. Qurbağa ətinin yeyilməsi haram hesab edilir. Özü murdar, nəcis hesab olunmasa da, hətta öldürülməsi belə, məkruh (bəyənilməyən) bir əməl olaraq qeyd edilsə də, qida kimi istifadə edilə bilməz. Quranda, Əbəsə surəsinin 24-cü ayəsində qeyd edilir ki, qoy insan nə yediyinə nəzər salsın. Buna görə də qida məsələsi İslam mədəniyyətində önəmli yer tutur. Hər rəngarənglik, fərqli dad, ekzotika arxasınca qaçmamışdan öncə insan nə yediyinə fikir verməlidir. Çünki yemək təkcə aclığı doyurmur, bunun digər təsirləri də vardır”.

Vaqif Qarayev

Pediatr Vaqif Qarayevin də mövzu ilə bağlı sosial mediada yazdığı fikir diqqət çəkir: “Pandemiya vaxtı çinlilərin yedikləri paylaşılırdı. Uçan, qaçan, sürünən, üzən nə varsa hamısı çinlilərin qida rasionunda var. Bizə iyrənc görünürdü.  Təbiidir, hər regionun, hər xalqın əsrlərlə formalaşmış qida mədəniyyəti var. Tutaq ki, hansısa avropalı qurbağa ətini delikates hesab edir. Bizim  mətbəxdə də olmalıdır? Qurbağanı niyə təbliğ edirlər, anlaşılmır. Fərqli faydası yoxdur. Bu, elitarlıq və müasirlikdirsə, olmaz olsun”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 May 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see307

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see188

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

12 Oktyabr 2025 00:17see166

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see160

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see148

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see143

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see139

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

12 Oktyabr 2025 02:10see135

“Qəzzaya dönüş: bölgənin gələcəyini kim müəyyən edəcək?“ İsrail mətbuatı

11 Oktyabr 2025 20:50see135

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see134

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

12 Oktyabr 2025 02:49see133

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

11 Oktyabr 2025 23:40see126

Madaqaskar Prezidenti etirazlara görə paytaxtı tərk edib

11 Oktyabr 2025 23:03see124

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see123

B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliklərə diqqət edin

11 Oktyabr 2025 23:00see123

Mingəçevirdə zirzəmidə tapılan körpə ilə əlaqədar araşdırma aparılır

12 Oktyabr 2025 11:47see122

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see121

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see121

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see120

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri