Icma.az
close
up
RU
Bakı restoranları qurbağa əti verir Deputatla ilahiyyatçıdan REAKSİYA

Bakı restoranları qurbağa əti verir Deputatla ilahiyyatçıdan REAKSİYA

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda bir sıra restoranların menyusunda qurbağa əti təklif olunur. Qurbağa ətinin Asiya ölkələrindən dondurulmuş şəkildə Azərbaycana idxal olunduğu və Bakıdakı restoranların ondan müxtəlid yemək növləri hazırladığı bildirilir.

Azərbaycan əhalisinin böyük əksəriyyəti müsəlmandır. O baxımdan "müsəlmanlara qurbağa əti yemək olarmı"  sualı aktual olaraq səslənməyə başlayıb.

“Bu məsələnin müsəlmançılıqla əlaqələndirilməsi doğru deyil”

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Modern.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, bu mövzunun müsəlmançılıqla əlaqələndirilməsi doğru deyil:

“Azərbaycan müsəlman ölkəsi kimi xarakterizə edilmir axı. Azərbaycan əhalisinin əksəriyyəti müsəlman olan dünyəvi dövlətdir. Ölkəmiz hansısa şəriət qanunları ilə idarə olunmur. Bu baxımdan, məncə, məsələyə daha geniş rakursdan baxılmalıdır. Bu, insanların seçimi, həyat tərzi ilə bağlı məsələdir. Kimsə qurbağa əti istəsə, biz onun qarşısını ala bilmərik. Bu cür qidalara tələb var ki, adamlar onu bazara çıxarırlar. Bunun müsəlmançılıqla da əlaqəsi yoxdur. Onda donuz əti də satılır. Biz müsəlman ölkəsiyiksə, onda donuz əti, içki satılmasın. Necə müsəlman ölkəsiyik ki, spirtli içki satılır. Deməli, bu prinsiplə məsələyə yaxınlaşmaq düzgün deyil. Biz dünyəvi dövlətik, ona görə də Çin restoranı, Koreya restoranı açılır. Onların milli mətbəxində bu menyular nəzərdə tutula bilər. Kim də istəyirsə, ora getməsin, xaşını, plovunu yesin. Ona görə də bu məsələyə irad bildirmək, həyəcan təbili çalmağın mənası yoxdur”.

“Qurbağa ətinin xəstəlik yayıcı tərəflərinin olub-olmaması ilə bağlı Səhiyyə Nazirliyi, yaxud da Qida Təhlükəsizliyi Agentliyi mövqe bildirməlidir”.

Komitə sədri vurğulayıb ki, qida təhlükəsizliyi ciddi narahatedici məsələdir:

“Qurbağasız da bizim qidalarımızın əksəriyyətində problemlər yaşanmaqdadır. Qida təhlükəsizliyi ciddi narahatedici məsələdir. Qida Təhlükəzilik Agentliyi tərəfindən bununla bağlı ciddi mübarizə aparılır. At, uzunqulaq və digər ətləri sırıyırlar. Onlar qurbağadan hər halda o qədər də yaxşı olmaz. Bu baxımdan konkret olaraq hansı heyvanın ətinin daha çox zərərli olduğunu demək bizim işimiz deyil”.
 

"Haramlar Qurani-Kərimdə təfsilatı ilə bildirilib"

İlahiyyatçı Elşad Miri isə məsələylə bağlı bunları deyib:

“Qurbağa əti haram deyil. Çünki bu barədə Qurani-Kərimdə hər hansı qadağa yoxdur. Kimsə özündən yeni haram icad edə bilməz. Çünki Allahın adından Qurani-Kərimdə haram və halallar açıq və təfsilatlı bildirilib”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 May 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri