Icma.az
close
up
RU
Qurbağa əti yemək olar? AÇIQLAMA

Qurbağa əti yemək olar? AÇIQLAMA

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son illərdə ölkəmizdə qurbağa ətinə maraq artmaqdadır. Artıq bu məhsulun satışı həyata keçirilir, bəzi restoranlar isə menyularına qurbağa ətindən hazırlanan yeməkləri daxil edilib. Maraqlıdır, qurbağa ətini yemək nə qədər faydalıdır?

"Refresh Group" MMC adlı qida təhlükəsizliyi sahəsi üzrə konsultativ xidmətlər göstərən şirkətin İcraçı direktoru, qida üzrə ekspert Seymur Qafarov Metbuat.az-a açıqlamasında qurbağa ətinin həm faydalarından, həm də mümkün risklərindən danışıb.

O bildirib ki, qurbağa əti bəzi dünya mətbəxlərində, xüsusilə Fransız, Çin və Vyetnam kulinariyasında geniş istifadə olunur:

“Qurbağa əti yüksək keyfiyyətli zülallarla zəngindir və əzələ kütləsinin artırılmasına müsbət təsir göstərir. Bu məhsul toyuq ətindən daha az yağ ehtiva edir və diyetik qida hesab olunur. Bundan əlavə, B qrupu vitaminləri, dəmir, fosfor və selenyum kimi vacib minerallarla zəngindir. Asan həzm olunması isə onu daha da əlverişli edir".

S.Qafarov həmçinin ehtiyatlı olunmalı məqamlara da diqqət çəkib. Onun sözlərinə görə, təbiətdəki bəzi qurbağa növləri zəhərli ola bilər:

“Lakin istehlak üçün nəzərdə tutulan növlər, məsələn, bataqlıq qurbağası, xüsusi şəraitdə yetişdirilir. Ət düzgün bişirilməzsə, parazit və bakteriya, xüsusilə salmonella ilə yoluxma riski yarana bilər. Bəzi insanlarda qurbağa ətinə qarşı allergik reaksiyalar müşahidə oluna bilər. Vəhşi qurbağaların kütləvi ovlanması ekosistemə mənfi təsir göstərə bilər”.

“Qurbağa əti düzgün və gigiyenik şəraitdə hazırlandıqda və yalnız yeyilə bilən növlərdən seçildikdə sağlamlıq baxımından təhlükəsiz və faydalı ola bilər”, – deyə qida eksperti əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:377
embedMənbə:https://news24.az
archiveBu xəbər 28 May 2025 00:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see298

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see279

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see274

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see267

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see260

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see257

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see254

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see253

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see249

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see245

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see222

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see215

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see215

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see215

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see215

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see213

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see213

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see208

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see203

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri