Icma.az
close
up
RU
“Qurban kəsməyən namazgahımıza yaxınlaşmasın”

“Qurban kəsməyən namazgahımıza yaxınlaşmasın”

News24 saytına istinadən Icma.az xəbər verir.

“Qurban İslam dininin ən qədim ibadətlərindən biridir. Babamız Adəmin ocağında baş verən "Habil və Qabil" hadisəsinin mərkəzində Qurban dayanır".

Bu sözləri News24.az-a açıqlamasında ilahiyyatçı Ağa Hacıbəyli deyib. Onun sözlərinə görə, Qurbanın anlamı Allaha yaxın olmaqdır:

"Sevgili peyğəmbərimizin bir hədisi-şərifini vurğulamaq istərdim. Allahın Rəsulu buyurub ki, "imkanı olub da Qurban kəsməyən bizim namazgahımıza yaxınlaşmasın". Deməli, Qurban mahiyyət etibarı ilə sadəcə heyvan kəsmək deyil, bu, insanın Allaha yaxınlaşmasıdır".

İlahiyyatçı onu da bildirib ki, Qurban kəsmək bir təqva, ixlas, rituallardan ziyadə bəndənin könlünü Allaha təslim etməsini ifadə edir:

"Qurban kəsən insan özünə dönür. Nəfsini, çirkin hissləri, kinin, nifrətin damarlarını kəsib atır. Beləcə, həm Allaha, həm də insanlara yaxınlaşır. Ətrafımızda elə insanlar var ki, ehtiyac içində yaşayır. Yəni, bu iki-üç gün ərzində kəsiləcək Qurbanlarda da məqsəd həmin şəxslərin ehtiyaclarını ödəməkdir".

A. Hacıbəyli qurbanlıq heyvanların kəsim qaydaları barədə də danışıb, bir sıra məqamlara aydınlıq gətirib:

Qurban üzü qibləyə çevrilərək, Bayram namazından sonra və "Bismillah" deyərək kəsilməlidir. Kəsdiyimiz, seçdiyimiz heyvan ən gözəli, ən sağlamı, ən kökü olmalıdır. Heyvanın gözü kor, ayağı axsaq, qulağı kəsik, buynuzu qırıq olmamalıdır.

Heyvan seçərkən onların yaşına da diqqət etməliyik: quzularda 1, keçilərdə 1-2, danada isə 2 və ya daha yuxarı yaş olmalıdır. 

Kəsilmiş qurbanın yeri təmizlənir və ət isə 3 yerə - evə, qonşulara, yetimlərə bölünərək paylanılır"-, deyə o sözlərini yekunlaşdırıb.

Günel Məlikzadə
News24.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://news24.az
archiveBu xəbər 22 May 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see243

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see206

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see197

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see191

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see175

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see175

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see167

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see154

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see150

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see145

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see139

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see133

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see133

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see128

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see127

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see127

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see126

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see125

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see123

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri