Icma.az
close
up
RU
Qurban Qurbanov Avropa futbolu ilə ayaqlaşmağın yolunu göstərir, Murad Musayev də bunu deyirdi amma Qarabağ a ayaq vermək çətindir...

Qurban Qurbanov Avropa futbolu ilə ayaqlaşmağın yolunu göstərir, Murad Musayev də bunu deyirdi amma Qarabağ a ayaq vermək çətindir...

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

"Şamaxı" ilə bərabərə bitən matçdan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov yenə oyun sürətindən gileylənib. Əslində, yeni mövzu deyil. Qurban müəllim dəfələrlə bu barədə danışıb, avrokubok oyunlarıyla Premyer Liqa görüşləri arasında həm topun oyunda qalma dəqiqəsi, həm də temp baxımından kəskin fərqlərin olmasını qabardıb. 

Qurban Qurbanov bu məsələdə hakimləri də qınayır. Oyunlarda dayanmaların çox olmasının, həkimlərin tez-tez meydançaya girməsinin sürətin xeyli aşağı düşməsinə gətirib çıxardığını deyir. Vaxtı ikən Premyer Liqamızda çalışan rusiyalı mütəxəssis Murad Musayev də bu məsələyə həssas yanaşırdı. O da deyirdi ki, temp aşağı olduqca Premyer Liqanın səviyyəsi qalxmayacaq. 

Murad Musayevin "Sabah"ı dinamik oynayırdı. Onların "Qarabağ"a qarşı matçları yüksək sürətlərlə müşahidə olunurdu. Amma burada ortaya bir sual çıxır, Premyer Liqada heyəti "Sabah" kimi səviyyəli futbolçulardan təşkil olunan neçə komanda var? Bu mənada "Neftçi"nin adını çəkə bilərik. "Zirə", "Turan Tovuz", "Araz-Naxçıvan" da yəqin ki, yaxşı formada olsalar, "Qarabağ"la açıq, başabaş oynamağa cəhd edə bilərlər. O da hər qarşılaşmada deyil. 

Qurban Qurbanovun niyyəti aydındır. Tempin yuxarı olmasını istəyir ki, Avropada yüksək sürətdə oynamağa alışsınlar. Amma bizim əksər klublar "Qarabağ"a ayaq vermirlər. Çempiondan xal almaq üçün qapalı oynamağa, tempi aşağı salmağa məhkumdurlar. 

Bu problemi aradan qaldırmaq asan deyil. Gərək, ümumi səviyyə artsın. 15 il əvvəlki tək imkanlı "Bakı", "Xəzər Lənkəran", "İnter", "Qəbələ" kimi klublar olsun Premyer Liqada. Əksər komandaların heyətində səviyyəli legionerlər çoxluq təşkil etsin. İndiki reallıqda Qurban Qurbanovun dedikləri çətin ki, həyata keçsin. 

Həmid

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://sportal.az
archiveBu xəbər 26 Oktyabr 2025 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see249

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see242

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see237

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see189

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see181

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see176

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see168

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see165

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see151

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see151

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see138

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see137

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see132

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see131

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see129

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see126

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see125

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see123

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see119

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri