Icma.az
close
up
RU
Qurban Qurbanov: “Deməli, bunun bizim üçün faydası var”

Qurban Qurbanov: “Deməli, bunun bizim üçün faydası var”

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Avropa Liqasının Liqa mərhələsinin VII turunun “Qarabağ” - FKSB matçından (2:3) sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis görüşlə bağlı fikirlərini bildirib:

"Bu il evdəki son oyunumuz oldu. Bütün oyunlarda bizlərlə olduz, təşəkkür edirəm. Azarkeşlərə də təşəkkür edirəm. Şanslarımız az qalsa da, inandılar, güvəndilər. Haqları da var idi. Çünki belə çox oyunumuz var, son dəqiqələrdə yaxşı nəticələr əldə etmişik. Oyuna gəldikdə isə danışacaq çox şey yoxdur. Bəzən futbolun düşünmədiyin anları olur. Bu gün də onu gördük. Üç künc zərbəsi, üç qol. Sonuncu saniyələrdə dördüncü korneri vurdular. Rəqibi təbrik edirəm. Çox istəkli idilər. Qalib gələ də bilərdik. Görünür hardasa yenə də səhvlərimiz var. Ümumən komandam çox əziyyət çəkdi. Bütün oyunlarda belə idi. Bu mövsüm ən uğursuz seriyamız oldu. Hansı ki, oyun baxımından məğlub olmamalı olduğumuz görüşləri uduzduq. Deməli, bunun bizim üçün faydası var, hazır olmalıyıq".

- Bu gün Fabyan Buntiçi qapıya qoymağa peşman oldunuz?
- Xeyr. Koxalski zədəli idi. İki gün əvvəl zədələnmişdi. Peşman olmadım. 

- Künc zərbələrindən buraxılan qollarda səhvləri var idi?
- Birində ola bilər. Amma təkrarda baxdım, çox da asan qollar deyildi.

- FKSB-ni necə təsvir edərdiniz? 
- Pozitiv. Nəticəyə oynamağı bacaran kollektivdir. Tam fərqli oyunlardır, "Ayaks", "Lion" görüşləri. Fərqli futbol oynayırlar. Döyüşkən kollektivlərə həmişə pozitiv olmuşam. Rəqibimiz olsa da, onlara uğurlar arzulamışam. 

- Elias Xaralambus komandanın oyununu təriflədi və qələbəni bəxtə bağladı. Siz bəxtə inanırsız?
- Bəlkə əvvəllər bəxtə daha çox inanırdım. Gözləyirdim ki, bəxtimiz gətirər. Yeni başladığım vaxtlarda. Sonralar daha işgüzar olmaq, daha çox əziyyət çəkmək lazımdır. Allah qarşılığını verir. Bəxt sözünü qəbul etmirəm. Bəlkə də mənə çatmır. Rəqib baş məşqçi isə nəyi var onu deyirdi. Bəxtdən kənar. Onlar daha çox müdafiəyəmeyilli idilər.

- Hücum elementləriniz daha çox idi. Müdafiəni gücləndirməyi düşünürsüz?
- Müdafiə xəttində hansısa epizodlarda uduzduğumuzu deməzdim. Standart vəziyyətlərdə uduzduq.

- Juninyonun yoxluğu özünü göstərdi. "Qarabağ"ı gücləndirməyi düşünürsüz?
- Avropa təcrübəsinə baxsaz, hər bir komanda böyük klublar da, üç illik, 5 illik heyət formalaşdırır. 3-4 ildən sonra eniş olur. Futbolda gördüklərimiz belədir. Böyük klubların iş prinsiplərini də analiz edirik. Baxırıq ki, nə vaxt uğursuz olmağa başlayır. Heyətə baxsaq, 3-4 futbolçunu sadəcə 23lüyə salmışdı. Onların üstün keyfiyyətlərindən istifadə edək deyə, salmamışdıq. Juninyo kimi futbolçuların olanda da uduzursan. O olanda da qol epizodlarını qaçırırdıq. Bundan əvvəlki oyunlarda görmüşük. Aleksey Kaşukun epizoduna gəldikdə, maksimum sürətli hücum idi. Onun orada olması çox vacib idi.Əsas odur. Qarşıdakı oyunlarda belə epizodlarda inanıram ki, Kaşuk daha yaxşı istifadə edəcək. Potensialı var. gücləndirməyə gəldikdə, mütləq. Komandaya bir neçə yeni oyunçu mütləq dəvət etməyi fikirləşirik. Əfsuslar olsun ki, qışda çətindir. Qarşıdakı aylarda işimizi aktivləşdirəcəyik.

- Avropa Liqasındakı nəticələr "Qarabağ"ın daxili oyunlardakı psixoloji təsir göstərə bilər?
- Ola bilər. Futbolçular çox üzgün idilər. Mütləq şəkildə çalışacağıq ki, qarşıdakı oyunlara daha da hazırlıqlı olsunlar. Hələ son oyunumuz "Olimpiakos"a qarşıdır. Ona da ciddi hazırlaşmalıyıq. Çünki böyük klublara qarşı oynamaq hər bir futbolçu üçün böyük təcrübədir. Gələn il də bu komandalarla da qarşılaşa bilərik. İstər-istəməz belə nəticədən sonra futbolçular üzgünlük olur. İlk oyunlarda özünü göstərsin, get-gedə komandanı formalaşdırmağa çalışacağıq.

- FSKB-dən hansısa futbolçu diqqətinizi xüsusi cəlb etdi?
- Bütün kollektiv məni cəlb etdi. Tək-tək deməyim düzgün çıxmaz. Hər xətdə lider futbolçular var idi. Məşqçinin seçdiyi oyun sxemini yerinə yetirən qabiliyyətli oyunçular var idi. FKSB kollektiv matça üstünlük verir. Cəlb edən oldu, adını deyə bilməyəcəm.

- Leandro Andrade bu gün pleymeker oynadı və qol vurdu. Sizin üçün Andradenin vinger oynatmaq yaxşıdır, yoxsa pleymeker?
- Sol ayağı olsaydı, həmişə sağda oynadardım. Digər futbolçulardan bir az seçilən biridir. Başqa xüsusiyyətləri var. Ondan pleymeker kimi də yararlanırıq. Ondan lazım olan qədər faydalanırıq.

- Avropa Liqanın format dəyişikliyi uğursuz nəticələrdə nə dərəcədə rol oynadı? Çünki adətən siz ilk oyundan sonra rəqibi daha yaxşı analiz edirsiz. Burada isə belə şans yoxdur.
- Mən bir az geriyə qayıdacam. Bu il Avropa turnirlərinə hazırlaşmağımıza.. Çox yaxşı hazırlığımız olmuşdu. Avstriyadakı matçlarda da, komandamız daha yaxşı, daha güvənli idi. Bunu ilk oyunlarda hiss etdik. "Linkoln", "Ludoqorets"lə matçları da bura daxil edə bilərəm. Komandada ümumi hazırlıq pis deyildi. Sadəcə nəticə olmadı. Bəli, format fərqli idi. Amma nəticə olmadı. Oyunun gedişatında daha da hiss olundu ki, bu mövsüm biz daha təcrübəli komanda olmuşuq, bu cür komandalara daha rahat hazırlaşıb, daha rahat oynayırıq. "Dinamo"(Zaqreb) ilə oyunları xatırlayaq, nə qədər qol epizodlarımız oldu. Görünür ki, bu ilki avrokubok matçlarından mütləq yaxşı nəticə çıxarmalıyıq. Daha riskli futbol oynayırıq. Futbolçularım həmişə cəsarətli olmağa çalışıb. Öz istədiklərimizi həyata keçirməyə çalışırıq. Hansısa oyunlarda ustalıq səviyyəsi futbolçualrda çatışmır. Bugünkü oyunda 3 künc zərbəsinə üç qol buraxdıq. Həqiqətən təsiredicidir. Formata gəldikdə, daha sonra daha yaxşı fikir söyləmək olar. Formatın üzərinə atmayaq ki, fikrimizdə o qalar. Futbolçaulara başqa cür təsir edər.

“Araz-Naxçıvan”ın futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib "Qarabağ"ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq Milli Olimpiya Komitəsi BOK-a rəsmi müraciət edib “Kəpəz”in futbolçusu: "Heç kim bu nəticəni gözləmirdi" Elvin Məmmədov: "FKSB asan rəqib deyil, amma..."
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://apasport.az
archiveBu xəbər 24 Yanvar 2025 02:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see155

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see150

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see128

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri