Icma.az
close
up
RU
Qurban Qurbanov: “Çatışmazlıqlar var”

Qurban Qurbanov: “Çatışmazlıqlar var”

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropa Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – ÇSKA (Bolqarıstan) oyunundan əvvəl “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Apasport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

“Sabah” dünən qələbə qazandı, onları təbrik edirəm. Bu gün də “Neftçi”yə uğurlar arzu edirəm. Oyunumuza gəlincə, düşünürəm ki, yaxşı hazırlaşmışıq. Fərqli rəqibdir, fərqli üslubları var. İlk dəqiqələrdən çox diqqətli və məsuliyyətli olmalıyıq".

– Artıq iki oyun keçirmisiniz. Sistem istədiyiniz kimi işləyir?
– Tam deməzdim, amma yaxşılığa doğru gedir. Çox istərdim ki, istədiyimizi 90 dəqiqə meydanda edə bilək, lakin bəzi məqamlarda çatışmazlıqlar var. Düşündüyümüz kombinasiyaları davamlı yerinə yetirə bilmirik. Getdikcə daha yaxşı olacağıq. Avropada hər rəqib fərqlidir, buna görə tez-tez meydanda nələrisə dəyişməli oluruq. Hər bir halda, ümumi olaraq, işlər yaxşılığa doğru gedir.

– ÇSKA ilə oyun “Qarabağ”ın indiki gücünü göstərəcək?
– Komandanın oyununu stabilləşdirmək, yaxşılaşdırmaq elə də asan deyil. Çünki hazırlıq planında bəzən çatışmazlıqlar olur. Futbolçular eyni səviyyədə görünmür. Həm də yayda isti havanı nəzərə alsaq, dinamikanın aşağı düşməsi normaldır. İllərdir, bunu yaşayırıq və təcrübəmiz var. Bu mövsüm komandada çox dəyişiklik oldu, bunun hansısa təsiri ola bilər. Tam formaya düşəcəyimiz vaxtı demək olmur. Əminəm ki, getdikcə daha yaxşı olacağıq.

– Heyətlə bağlı problemlər var? Dani Bolt niyə sifariş ərizəsində yoxdur?
– Bolt məsələsində ciddi nüans yoxdur. Sadəcə müəyyən limit var. Avropa oyunlarında tez-tez belə dəyişikliklər ola bilər. Eyni hal çempionat oyunlarında da yaşana bilər.

– Montiel niyə əvəzedici komandaya göndərilib?
– Montiel əsas komandadadır.

– PFL yeni mövsümdə VAR-la bağlı müəyyən qaydalar tətbiq ediləcək. Məsələn, sarı vərəqə və künc zərbələrinə görə də sistemə müraciət edilə bilər. Sizin bu qərara münasibətiniz necədir? 
– Komandada nə qədər çox futbolçu olursa, problem də çoxalır. Hakimliklə bağlı da nə qədər detallar əlavə edilsə, bir o qədər narazılıq artacaq. VAR gələndən referilərdən şikayətlər çoxalıb. Hər xırda detal özlüyündə əlavə problem gətirir. Məncə, problemlər və  mübahisəli vəziyyətlər daha çox olacaq.

– ÇSKA iki gün əvvəl liqada oyuna çıxıb. Bu, sizin lehinizədir?
– Bu suala cavab vermək çətindir. Açığı, mən də istərdim, arada bir oyun keçirək, futbolçuların praktikası artsın. İndiki məqamda oyun sayı nə qədər çox olarsa, faydası da o qədər artar.

– Transferlərlə bağlı yenilik var?
– Dəqiq bir şey yoxdur. İşimiz davam edir. Yeni transfer üçün çalışırıq, alınsa edəcəyik.

Freddi Varqas yenidən “Neftçi”də – Futbolçu Bakıdadır “Neftçi” və “Qarabağ”ın oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək “Neftçi” Çempionlar Liqasına qələbə ilə başladı Yeni mövsümdə ilk böyük imtahan – “Neftçi”dən nə gözləyək? ÇSKA-ya UEFA-dan sərt cəza – "Qarabağ"la oyuna azarkeşsiz gələcəklər
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://apasport.az
archiveBu xəbər 22 İyul 2026 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri