Icma.az
close
up
RU
Qurban Qurbanov: Minimum məqsədə çatdıq İdman və Biz

Qurban Qurbanov: Minimum məqsədə çatdıq İdman və Biz

Icma.az bildirir, Idman.biz portalına istinadən.

"Həqiqətən çox yaxşı komandaya qarşı oynayırdıq. "Araz-Naxçıvan" uduzsa da, çox yaxşı idman forması göstərən kollektivdir. Bütün oyunlarda eynidirlər. Nəticələri də çox yaxşıdır. Elmar Baxşıyevə və komandasına uğurlar arzulayıram".

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Araz-Naxçıvan”la matçdan sonra keçirilmiş mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 18-ci turunda qazanılan 2:0 hesablı qələbəni şərh edib: "Futbolçularıma yanvardan bu yana göstərdikləri performansa görə təşəkkür edirəm. Azarkeşlərimizə də həmçinin. Bizi tək qoymadılar. Yaxşı nəticə oldu. Qalibiyyət çox vacib idi ki, tətilə pozitiv notlarla yollanaq. Görünən odur ki, gələn il daha çox işləməli və daha sağlam, diqqətli olmalıyıq. Xalqımıza gələn il xoş günlər arzulayıram. Ölkəmiz üçün faydalı il olmasını arzulayıram. Bu ili ən uğurlu illərdən adlandırıram. "Braqa", "Bayer"lə oyunlarımız oldu. Xalqımız böyük futbol yaşadı. Oyunların hamısı gərgin və maraqlı oldu. Həyəcanlı qələbələr, həyəcanlı məğlubiyyətlər var idi. "Bayer"ə hər iki maçtda qalib gəlmək üçün yaxşı şansımız var idi. Çempion olduq, kubok olduq. Minimum məqsədə çatdıq. ÇL-in pley-off mərhələsində oynadıq. Məğlubiyyətlər oldu AL-də. Olmamalı idi, ancaq oldu".

Qurbanov ilin ən yaxşı futbolçusu kimi Toral Bayramovun adını çəkib: "Bu barədə düşünməmişəm. İlk ağlıma gələn Toral oldu. Çox yaxşı sezon keçirdi. Avrokuboklarda da, çempionatda da. Komandamın ən fəal oyunçularından oldu. Siyahıya baxaram".

Qeyd edək ki, 47 xal toplayan "Qarabağ" qış fasiləsinə lider kimi yollanıb.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 22 Dekabr 2024 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri